Ukraynada mülki infrastruktura hücumlar intensivləşib… …Rusiya enerji infrastrukturu ilə bağlı ehtimal olunan atəşkəs adı altında Ukraynada mühüm və mülki infrastruktura zərbələr endirməkdə davam edir. Bu, ABŞ prezidenti Donald Trampın müvəqqəti atəşkəsdən Ukraynada davamlı sülhün bərqərar olması üçün istifadə etmək məqsədinə uyğun gəlmir. SİA-nın məlumatına görə, bu qənaəti Müharibə Araşdırmaları İnstitutunun mütəxəssisləri martın 27-nin nəticələrinə dair hesabatında səsləndiriblər. Onlar xatırladırlar ki, ABŞ-ın Ukrayna və Rusiya Federasiyası ilə Ər-Riyadda apardığı danışıqlardan sonra razılaşdırıldığı iddia edilən müvəqqəti atəşkəs haqqında rəsmi razılaşma mülki və ya qeyri-enerji əhəmiyyətli infrastrukturun mühafizəsini nəzərdə tutmur.…
Daha çoxDay: March 29, 2025
Rusiyada qaz hasilatı kəskin azalıb…
…Ukrayna ərazisindən tranzit dayandırıldıqdan sonra Rusiyada Ukrayna üzərindən Avropaya yanacağın tədarükünün dayandırılması fonunda qaz hasilatının azalması sürətlənir. Fevral ayının yekunlarına görə, bu göstərici illik müqayisədə 11,3 faiz azalaraq 57,2 milyard kubmetr təşkil edib. Eyni zamanda, fevral ayında hasilatın azalması tempi yanvar ayı ilə müqayisədə daha yüksək olub və illik müqayisədə 3 faiz təşkil edib. SİA-nın məlumatına görə, Energetika Nazirliyinin statistikası ilə tanış olan mənbələr “Kommersant”a bildiriblər ki, iki ayın yekunlarına görə, 131 milyard kubmetr qaz hasil edilib ki, bu da bir il əvvəlki göstəricidən 7,3 faiz azdır.…
Daha çoxRamazanın 29-cu gününün duası
Sabah Ramazan ayının 29-cu günüdür. SİA xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası: “Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin”. Tərcüməsi: “İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım…
Daha çoxMeksika Parlamentində Azərbaycanla bağlı təqdimat keçirilib
Meksika Parlamentinin San Lazaro Sarayında Deputatlar Palatasının Mədəniyyət və Kinematoqrafiya Komissiyası və Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının birgə təşkilatçılığı ilə “Ümümdünya İrs Şəhərləri Görüşü” keçirilib. SİA xəbər verir ki, tədbir çərçivəsində “Müasirlik və ümumdünya irs nümunələrinin mühafizəsi” mövzusunda təşkil edilmiş masada çıxış edən Azərbaycan Respublikasının Meksikadakı səfiri Məmməd Talıbov Azərbaycan hökumətinin tarixi abidələrin qorunmasına verilən əhəmiyyət və Bakı şəhərinin tarixi, İçərişəhər tarixi-memarlıq kompleksi və onun mühafizəsi sahəsində görülmüş işlər barədə məlumat verib. Səfir həmçinin Bakıda inşa olunmuş yeni memarlıq nümunələri, paytaxtın turizm potensialı və ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış…
Daha çoxRusiyalıların demək olar ki, 81 faizi hələ də Putinə güvənir..?
…VTsİOM-un martın 17-dən 23-dək keçirdiyi sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının prezident Vladimir Putinə inamı 0,9 faiz bəndi artaraq 80,7 faizə çatıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, tədqiqatda 1600 yetkin rusiyalı iştirak edib. Rusiyalıların demək olar ki, 81 faizi hələ də Putinə güvənir Sosioloji xidmətin məlumatına görə, respondentlərin 80,7 faizi Putinə güvəndiyini bildirib (artım 0,9 faiz). Prezidentin fəaliyyətinin bəyənilməsi də 0,1 faiz bəndi artaraq 78,2 faiz təşkil edib. Rusiya hökumətinin fəaliyyəti respondentlərin 51,9 faizi (1,3 faiz bəndi azalma), baş nazir Mixail Mişustinin işi isə 52,7 faiz (0,7 faiz bəndi…
Daha çoxPentaqonun rəhbəri Dəccalın işarəsini qoluna döydürüb…
ABŞ-ın yeni müdafiə naziri Pit Xeqset ərəbcə “كافر” (kafir), “həqiqəti inkar edən” sözü olan yeni döymə etdirdikdən sonra diqqət mərkəzində olub. Vəziyyətin özəlliyi ondan ibarətdir ki, o, bu döyməni Pentaqonun rəhbəri vəzifəsinə təyin olunandan sonra etdirib. SİA-nın məlumatına görə, bu cür yazılar Qərbdə ifrat sağçı fəallar arasında xüsusilə məşhur olduğu üçün bu döymə mübahisələrə səbəb olub. Məlumdur ki, Xeqset bir sıra protestant təriqətləri üçün xarakterik olan xristian sionizmini qəbul edir. Onun bədənində artıq bir neçə dini döymə var, o cümlədən səlibçi “Yerusəlim xaçı”, ibranicə “İsa” sözü və tarixən döyüş nidası…
Daha çoxYer atmosferində yerdənkənar həyatın mümkün izləri aşkar edilib..?
Alimlər planetimizin yaxınlığında Yer kürəsinə bənzər və həyat üçün oxşar şəraitə malik daha bir planetin ola biləcəyini ehtimal edirlər. SİA-nın məlumatına görə, Şeffild Universitetinin alimləri Yer atmosferinin yuxarı qatlarında heyrətamiz kəşf ediblər. Tədqiqat zamanı atmosfer hissəciklərini toplamaq üçün buraxılan stratosfer şarı qeyri-adi obyekti – diatom qabığının fraqmentini aşkar edib. Bu fakt tədqiqatçılar arasında xüsusi maraq doğurub, çünki diatomların Yer üzündə təxminən 185 milyon il əvvəl meydana çıxmasına baxmayaraq, onların yerdən kənar mənşəyi haqqında bir nəzəriyyə var. Mütəxəssislər hesab edirlər ki, bu mikroorqanizmlər planetimizə kosmosdan gətirilə bilər. Tədqiqatın ən təəccüblü nəticəsi…
Daha çoxUkraynaya Qərb qoşunları…
Ukraynaya Qərb qoşunları…
Daha çoxPutin NATO ilə müharibəyə hazırlaşır..?
Alman Kəşfiyyatı yeni müddətləri açıqladı… Rusiya hakimiyyəti böyük ehtimalla NATO-ya qarşı genişmiqyaslı müharibəyə hazırlaşır. SİA-nın məlumatına görə, “Bild” xəbər verir ki, bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin və Bundesverin yeni hesabatında bildirilib. Hesabatda deyilir ki, Rusiya liderı Vladimir Putin Qərblə münasibətlərə sistemli münaqişə kimi baxır və öz məqsədlərinə çatmaq üçün güc tətbiq etməyə hazırdır. Qeyd olunur ki, onilliyin sonuna qədər Rusiya “genişmiqyaslı şərti müharibəyə” tam hazır ola bilər. Eyni zamanda, Litvanın xüsusi xidmət orqanı VSD-nin qiymətləndirməsinə görə, Kremlin hələlik bütün Alyansa hücum etmək imkanı yoxdur. Bununla belə,…
Daha çoxHillari Tramp administrasiyasının “axmaqlığından” şoka düşüb
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton ABŞ-ın yüksək rütbəli məmurlarının söhbətinə jurnalistin əlavə olunması ilə bağlı insidenti axmaq adlandırıb. SİA-nın məlumatına görə, o, bu barədə “The New York Times” qəzetindəki məqaləsində yazıb. …Məni narahat edən ikiüzlülük deyil, axmaqlıqdır. Prezident Donald Tramp və komandasının əslində məxfi məlumatları qorumaqla maraqlanmaması hamımızı şoka salır. Bunu keçmiş dövlət katibi deyib. Bundan əvvəl The Atlantic-in baş redaktoru Cefri Qoldberq Tramp administrasiyasının onu təsadüfən Yəmən husilərinə zərbələr endirilməsinin müzakirə edildiyi Siqnal söhbətinə əlavə etdiyini bildirmişdi. …2015-ci ildə Klinton dövlət katibi vəzifəsində işləyərkən məxfi məlumatlar da daxil…
Daha çox