“Müstəmləkə sistemi xalqları fundamental hüquqlardan məhrum edir”


“Müstəmləkə sistemi xalqları öz müqəddəratını təyin etmək kimi fundamental hüquqdan məhrum edir”. SİA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfransda Boneyrin hüquq müdafiəçisi Kaslin de Huk deyib.

Onun sözlərinə görə, müstəmləkəçilik xalqların öz müqəddəratlarını həll etmə hüququnu əlindən alır və bu qərarların kənar qüvvələr tərəfindən verilməsinə səbəb olur:

“Xalqlar müstəmləkəçilik nəticəsində özünüidarəetmə hüququnu itirdikdən sonra öz torpaqlarını müstəqil şəkildə idarə etmək və gələcəklərini müəyyən edən əsas qərarları qəbul etmək imkanından məhrum edilirlər. Müstəmləkəçilik sistemi yerli xalqları qaranlığa sürükləyir”.

Kaslin de Huk Boneyr xalqının bu zülmə baxmayaraq, mübarizəsini davam etdirəcəyini vurğulayıb:

“Biz təslim olmayacağıq və təməl hüquqlarımız uğrunda mübarizəni davam etdirəcəyik. Yer üzündən silinməyəcəyik, inancımızı və milli kimliyimizi qoruyacağıq. Boneyr onun xalqına məxsusdur və biz öz müqəddəratımızı təyinetmə hüququmuz üçün mübarizəmizi davam etdirəcəyik”.

Əlaqəli Xəbərlər