Ukraynanın Dnepr şəhərində güclü partlayışlar baş verib. SİA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Dneprdə, o cümlədən digər vilayətlərdə hava həyəcanı siqnalı elan edilib. Partlayışların hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə əlaqədar olduğu ehtimal edilir.