Burada çıxış edən hər kəs alçaldılmalardan, pis rəftardan danışır. Biz Makron hakimiyyətinin diktaturası isə üz-üzəyik. Bakıda nümunəvi davranmalıyıq ki, istəyimizə nail olaq. SİA xəbər verir ki, bunu “Yeni Kaledoniya Sakit Okean İcmaları və Mədəniyyətləri Evi” (NCMCP) assosiasiyasının katibi Yevgeniy Tetuanui “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Biz Fransa diktaturasına “yox” deməli, axmaq, narsist davranışlarla mübarizə aparmalıyıq. Hər birimiz təhdidlə üz-üzəyik. Makronun siyasi mövqeyinə qarşı çıxmalıyıq. Bakı bizə imkan verir ki, səsimiz eşidilsin. Dənizaşırı ölkələr eyni gündə müstəqilliklərini elan edərək müstəmləkədən qurtula bilərlər. Biz hazırda ölümlə üz-üzəyik”, – deyə Yevgeniy Tetuanui bildirib.