Bakıda kolonializmlə mübarizəyə həsr edilən sərgi təşkil olunub


Bakıda kolonializmlə mübarizəyə həsr olunan sərgi təşkil edilib. SİA xəbər verir ki, sərgi Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə paytaxtda keçirilən “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans çərçivəsində baş tutub.

Sərgidə müstəmləkəçiliyin tarixi, bundan əziyyət çəkən ərazilərdəki problemlər, həmin xalqların mübarizəsi və bununla əlaqədar qarşılaşdıqları çətinliklər əks olunub.

Bundan başqa, sərgidə kolonializmlə mübarizə zamanı həbsə məruz qalan siyasi məhbusların fotoları nümayiş etdirilib.

Əlaqəli Xəbərlər