Almaniyanın şimalında Ottersberq icmasında yerləşən firmanın avtosalonu yaxınlığında yeddi “Tesla” avtomobili yanıb. SİA xəbər verir ki, bu barədə polis məlumat yayıb.
“Martın 29-də təxminən saat 3:30-da avtomərkəzin ərazisində “Tesla” markalı yeddi elektromobil alovlanıb və nəticədə tamamilə yanıblar”, – məlumatda bildirilib.
Yanğının səbəbləri hələlik məlum deyil, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.