Səudiyyə Ərəbistanında aparılan danışıqlar zamanı ABŞ prezidenti Donald Trampın administrasiyası Kiyevə bir sıra tələblər irəli sürüb.
SİA-nın məlumatına görə, bu barədə Ukraynanın “Rezident” Telegram kanalı Vladimir Zelenskinin ofisindəki mənbəyə istinadən yazır.
Mənbənin sözlərinə görə, Tramp administrasiyası Kiyevdən atəşkəs dövründə səfərbərliyi dayandırmağı tələb edib, həmçinin seçki dövrü ilə bağlı ultimatum verib.
Ukrayna Prezident Aparatından gələcək əməkdaşlığı davam etdirmək üçün ABŞ-a prezident və parlament seçkilərinin tarixləri barədə məlumat verməsi tələb olunur.
Nəşr yazır ki, Zelenski atəşkəs müddəti üçün səfərbərliyi dayandırmağa hazırdır, lakin bu müddət ərzində silah tədarükünün dayandırılmasının əleyhinədir.
Bundan əvvəl Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun “Batkivşina” partiyası partiya üzvü Aleksandr Plaxotnikin qətlə yetirildiyini təsdiqləyib.
Əli Babayev