Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində duman, az çiskin. Mülayim cənub-şərq küləyi əsəcək. SİA xəbər verir ki, havanın temperaturu gecə 5-8° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman.…
Daha çoxDay: March 28, 2025
Türkiyədə ağır qəzası olub
Türkiyənin Diyarbəkir şəhərində ağır yol qəzası olub. SİA “Haber Global”a istinadla xəbər verir ki, hadisə Bismil rayonunda qeydə alınıb. Dörd nəqliyyat vasitəsinin zəncirvari qəzaya uğraması nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə polis, jandarm əməkdaşları cəlb olunub.
Daha çoxDünyada düşündüyümüzdən də çox insan yaşayır…
Bunu alimlər bəyan ediblər… …Demoqrafik ekspertlər təklif edirlər ki, planetin əhalisinin həqiqi ölçüsü ümumi qəbul edilmiş hesablamalardan əhəmiyyətli dərəcədə yüksək ola bilər, bəlkə də iki milyard insan… BMT-nin məlumatına görə, hazırda Yer kürəsinin əhalisi 8,2 milyardı ötüb. SİA-nın məlumatına görə, bu rəqəmin 2080-ci illərin ortalarına qədər ən yüksək həddə çatacağı və ən azı 10,3 milyarda yüksələcəyi gözlənilir. Bununla belə, bu məlumatların təxmini olduğunu qeyd etmək lazımdır. Əsas problem ondan ibarətdir ki, bəzi ölkələr əhalinin sayını kifayət qədər dəqiq apara bilsələr də, digər ölkələrdə xüsusilə əhalinin…
Daha çoxX sosial şəbəkəsinin işində nasazlıq yaranıb
Bir sıra ölkələrdə X sosial şəbəkəsinin işində fasilələr yaranıb. SİA xəbər verir ki, bu barədə “Downdetector” saytında məlumat verilib. Ən çox şikayət ABŞ-dan gəlib. Problem Böyük Britaniya, Fransa və Almaniyadan olan istifadəçilər tərəfindən də yaşanıb.
Daha çoxRusiyaya məxsus qırıcı NATO səmasında xaos yaratdı
Rusiyaya məxsus “İl-20M” qırıcı təyyarəsinin Baltik dənizindəki Rügen adasının şərqində peyda olmasından sonra NATO qırıcıları bir-birinə qarışıb. SİA xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Bildirilib ki, NATO-nun “Eurofighter” təyyarələri Bakı vaxtı ilə saat 12:30 radələrində Almaniyadakı Laage aviabazasından havaya qalxıb. Nəşr yazıb ki, alman qırıcıları “İl-20M”i Kalininqrada dönənə qədər bir neçə kilometr müşayiət edib. Nəşr əlavə edib ki, “İl-20M” radio əlaqə qurmayıb və transponderləri söndürülmüş halda hərəkət edib.
Daha çoxBritaniya kralı yenidən xəstəxanaya yerləşdirildi
Britaniya kralı III Çarlz xərçəng müalicəsinin “yan təsirləri” səbəbindən xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə Bukingem sarayının mətbuat xidməti məlumat yayıb. Xəstəxanaya yerləşdirmə ilə əlaqədar kralın martın 27 və 28-nə planlaşdırılan bütün qəbullar ləğv edilib. “Əlahəzrət baş verənlərdən məyus ola biləcək hər kəsdən üzr istəmək istərdi”, – mətbuat xidməti bildirib. Lakin qısamüddətli müşahidədən sonra monarx Londondakı iqamətgahı Klarens Hausa buraxılıb. 2024-cü ilin dekabr ayının sonlarında Britaniya kralı III Çarlz keçmiş xəstəxana kilsəsindən xalqa nitq söyləməklə onilliklər boyu davam edən Milad ənənəsini pozub. III Çarlz səhiyyə ilə tarixi əlaqələrinə…
Daha çoxUkraynanın bu 3 bölgəsinə yeni hücum gözlənilir
Rusiyanın qoşunlarının Sum, Xarkov və Zaporojye vilayətlərinə yeni hücumunun real olduğu barədə ciddi əsaslar var. SİA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” portalına açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Ehtiyat Şurasının sədri İvan Timoçko bildirib. O, Rusiya və Belarusla bütün sərhədlərin Ukrayna üçün potensial təhlükə zonası olduğunu xatırladıb. Timoçko hesab edir ki, rusların Ukrayna Müdafiə Qüvvələrini tamamilə sıxışdırmağa kifayət edəcək qüvvəsi yoxdur: “Əgər ruslar Kurskdakı qoşunların sayını azaltsalar, bu, çox güman ki, onların ərazilərinə yeni bir hücumun başlanmasına səbəb olacaq. Üstəlik, indi görürük ki, Belqorod vilayəti sərhədi boyunca vəziyyət getdikcə…
Daha çox“TikTok”un qurcusu Çinin ən varlı adamı oldu
“TikTok” xidmətinin sahibi olan “ByteDance”in 41 yaşlı qurucusu Çjan Yiminq Çinin ən varlı adamları reytinqinə başçılıq edir. SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, iş adamının sərvəti 2024-cü ildə 13,6 milyard dollar artaraq 2025-ci ilin mart ayının sonunda 57,5 milyard dollar təşkil edir. Qeyd edilib ki, 2017-ci ilin may ayında rəsmi istifadəyə verildiyi vaxtdan “TikTok” sürətlə populyarlıq qazanaraq, bütün dünyada bir çox gəncin sevdiyi epoxal sosial media platformasına çevrilib. İkinci yerdə 56,6 milyard dollar kapitalla “Tencent Holdings” texnoloji şirkətinin həmtəsisçisi Pony Ma (həmçinin Ma Huateng kimi…
Daha çoxTürkiyədə daha 12 şirkətin hesabına həbs qoyuldu
İstanbul Baş Prokurorluğunun Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan intintaq çərçivəsində həbs edilən 14 şübhəliyə aid olduğu təsbit olunan daha 12 şirkətin hesablarına həbs qoyulub. SİA xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində bələdiyyə sədri Əkrəm İmamoğluya dəstək məqsədilə mitinqləri və nümayişlər keçirilir. Məlumata görə, qanunsuz aksiyalarda 1 879 nəfər saxlanılıb.
Daha çoxAmsterdamda bıçaqlı hücum olub, yaralananlar var
Niderlandda naməlum şəxs sakinlərə bıçaqla hücum edib. SİA NOS televizyasına istinadən xəbər verir ki, hadisə Amsterdam şəhərində qeydə alınıb. Bildirilib ki, hücum nəticəsində bir neçə nəfər yaralanıb. Hadisə Dam meydanı yaxınlığında baş verib. Əlavə məlumat verilməyib.
Daha çox