Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar. SİA xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində yer alıb. Dövlətimizin başçısı vurğulayıb ki, orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət…
Daha çoxDay: March 28, 2025
Fransa hökumətinin təbii fəlakət baş verən anda verdiyi sözlər boş vəd olaraq qalır
Fransa hökumətinin dənizaşırı ərazilərində baş verən təbii fəlakətlərlə bağlı hazır planı yoxdur. SİA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutacaq “Kolonializm: Milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransdan bir gün öncə keçirilən mətbuat konfransında Qlobal Təzminat Hərəkatının Prezidenti, Beynəlxalq Dekolinizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer deyib. O bildirib ki, hər dəfə təbii fəlakətlərdən sonra Fransa hökuməti kömək edəcəyini desə də, bu, aldatma xarakterli olur. “Onlar çıxış edir ki, sizə ancaq biz kömək edə bilərik. Bir növ gözdağı verirlər. Əvvəlcədən qurulmuş kommunikasiya var, sadəcə bizi susdurmaq istəyirlər ki,…
Daha çoxRus qoşunları Qoqolevka qəsəbəsini geri aldı
Rusiya Ukrayna qoşunlarının daxil olduğu Kursk vilayətindəki Qoqolevka qəsəbəsini geri alıb. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Rusiya əsgərləri bölgədəki Ukrayna əsgərlərinə qarşı hücumlarını davam etdirir: “Bölgədəki Qoqolevka qəsəbəsi Şimal Hərbi Qrupu birlikləri tərəfindən azad edildi”. Açıqlamada Ukrayna ordusunun 2024-cü ilin avqust ayından bu yana Kursk istiqamətində 70 min 700 əsgər, 402 tank, 327 piyada döyüş maşını, 290 zirehli transportyor və 2233 zirehli texnika itirdiyi qeyd edilib.
Daha çoxAzərbaycanda dolların məzənnəsi ilə bağlı PROQNOZ
Azərbaycanda istehlak qiymətlərinin 2025-ci ildə orta hesabla 4,4 %, 2026-cı ildə isə 5,8 % artacağı proqnozlaşdırılır. SİA xəbər verir ki, bu barədə Niderlandın ən böyük bank qruplarından biri olan “ING Group”up hesabatında qeyd edilib. Bundan əvvəl ING 2024-cü il üçün 5,2 %, 2026-cı il üçün isə 4,9 % inflyasiya proqnozlaşdırırdı. Lakin yeni hesabata əsasən, fiskal siyasətin yumşaldılması 2024-cü ilin əvvəlində sıfır olan inflyasiyanın ilin sonuna qədər orta illik 4,9 %-ə, 2025-ci ilin əvvəlində isə 5,4 %-ə yüksəlməsinə səbəb olan amillərdən biri olub. Hesabatda qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB)…
Daha çoxMoskvada terror aktının qarşısı alındı
Rusiyanın paytaxtı Moskvada insanların kütləvi toplaşdığı məkanlarda partlayış törətməyi planlaşdıran Rusiya vətəndaşı saxlanılıb. SİA xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, saxlanılan şəxsin kimliyi açıqlanmasa da onun 1972-ci il təvəllüdlü olduğu və bundan əvvəl Rusiya CM-nin adamöldürmə, hədə-qorxu yolu ilə pul tələb etmə, qarət maddələri üzrə məhkum həyatı yaşadığı bildirilir. FTX onun terror aktını Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə planlaşdırdığını iddia edir.
Daha çoxMyanmada məktəb binasının dağıntıları altında qalan beş uşaq ölüb
Myanmanın mərkəzi hissəsində yerləşən Taunqu şəhərində məktəb binasının uçması nəticəsində dağıntılar altında qalan 20 uşaqdan beşi həlak olub. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə “Eleven Media Group” (EMG) media şirkəti məlumat yayıb. Digər uşaqların axtarışı davam etdirilir.
Daha çoxXankəndidə Müqəddəs Ramazan günlərində iftar çadırı qurulub
Müqəddəs Ramazan ayı münasibətilə “Nargis” Fondu tərəfindən mart 25-27-də Xankəndi şəhərində iftar çadırı qurulub. Burada bölgə sakinləri və ziyarətçilər üçün müxtəlif təamlar təqdim olunub. SİA xəbər verir ki, üç gün ərzində hər gün qonaqlara duru xörək, aş-qara, dovğa, təzə meyvə və tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı, qoğal, badambura, çərəzlər və kətədən ibarət yüksək keyfiyyətli iftar menyusu təqdim edilib. Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olub. Bundan əlavə, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün tam iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilib. Qeyd edilir ki,…
Daha çoxMəşhur xizəkçinin öldüyü hoteldəki yanğına görə 5 nəfər saxlanıldı
Məlum olduğu kimi, ötən gün Türkiyənin Bursa şəhərinin Uludağ bölgəsində yerləşən hoteldə yanğın hadisəsi olub. SİA “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı hotel rəhbəri ilə birlikdə 5 nəfər saxlanılıb. Qeyd edək ki, yanğında Türkiyə Xizək və Snoubord Müəllimləri Dərnəyinin prezidenti və keçmiş milli xizəkçi Yəhya Usta, həyat yoldaşı Fikriyə və oğlu milli xizəkçi Berkin Usta tüstüdən zəhərlənib. Hoteldən huşsuz vəziyyətdə çıxarılan Usta ailəsinin üzvləri Yəhya Usta və oğlu Berkini xilas etmək mümkün olmayıb. Fikriyə Usta isə xəstəxanaya yerləşdirilib. Xatırladaq ki, yanvarın 21-i Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək…
Daha çoxAzərbaycan iqlim nazirlərinin Kopenhagen qlobal görüşündə təmsil olunacaq
Kopenhagen şəhəri bu il mayın 7-8-də Braziliyada keçiriləcək COP30 çərçivəsində danışıqların istiqamətini müəyyən etmək üçün dünyanın hər yerindən liderləri və nazirləri bir araya gətirən iqlim toplantısına ev sahibliyi edəcək. SİA Danimarkanın Energetika, Kommunal Təsərrüfat və İqlim Nazirliyinə istinadla xəbər verir ki, nazirlər toplantısı COP29-un nəticələrinin həyata keçirilməsi ilə bağlı əsas məsələləri müzakirə etmək və Belemdə COP30-dan əsas gözləntilərə dair kritik müzakirələrə qatılmaq üçün 40-a yaxın lider və naziri bir araya gətirəcək. Bu, milli iqlim planları da daxil olmaqla, ambisiyaları artırmaq və iqlim fəaliyyətlərini gücləndirmək istiqamətində səyləri artırmaq üçün əsas məqamdır.…
Daha çoxAzərbaycan və Çin XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Çin Xalq Respublikasında səfərdə olub. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, martın 28-də Pekin şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çin tərəfindən xarici işlər nazirinin müavini Liu Bin başçılıq ediblər. Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, energetika, yaşıl keçid, rəqəmsal inkişaf, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli…
Daha çox