Myanmada zəlzələdə ölənlərin sayı artıb

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Kyodo məlumat yayıb. Agentliyin məlumatına görə, 700-dən çox insan xəsarət alıb. Bir müddət əvvəl Mandalay şəhərindəki xəstəxananın həkimi lazımi sarğıların qısa müddətdə bitdiyini və hazırda onların çatışmazlığının olduğunu bildirmişdi. Hadisə Myanmada baş versə də, onun nəticələri Taylanda da təsir edib. Banqkokda binanın çökməsi nəticəsində bir nəfər ölüb. 67 nəfər hələ də dağıntılar altında qalıb. Nazlı Almuradova

Daha çox

“Bəşəriyyətin ekologiya gündəliyinə ədalətli yanaşmaya ehtiyacı var”

Bəşəriyyətə bütün ölkələrin səylərinin ədalətli bölgüsü prinsipinə əsaslanan sistemli yanaşma lazımdır. Bu, hər bir sahəyə, o cümlədən ekoloji problemlərin həllinə aiddir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının Beynəlxalq Sıfır Tullantı Gününə həsr olunmuş xüsusi tədbirində çıxışı zamanı deyib. BMT-nin Baş katibi Antonio Quterreşin də daxil olduğu tədbir iştirakçıları qarşısında çıxış edən Əminə Ərdoğan planetin gələcəyi üçün bütün dövlətlərin məsuliyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, iqlim dəyişikliyinin mənfi nəticələri dünyanın müxtəlif yerlərində fərqli şəkildə hiss olunur. Türkiyənin birinci xanımı…

Daha çox

Artyom Lebedev Rusiyanın lənətini adlandırdı…

Blogger və dizayner Artyom Lebedev ölkənin tanınmış avtomobil markası edə bilməməsini Rusiya üçün biabırçılıq adlandırıb. O, bəyan edib ki, yerli avtomobil markalarının heç bir fərdiliyi yoxdur. Lebedev Rusiyanın Aurus avtomobilləri ilə bağlı qarışıq hisslər keçirdiyini etiraf edib. …Ölkəmizin belə dəbdəbəli avtomobillər istehsal edə bilməsi həqiqətən gözəldir. Amma mən həm də hesab edirəm ki, bizim ayıbımız və lənətimizdir ki, öz fərqli, tanınan siması olan avtomobil istehsal edə bilmirik, -deyə dizayner təəssüflə bildirib. O, Rusiyanın Aurus avtomobilinin Rolls-Royce avtomobillərinə bənzədiyini qeyd edib. SİA rus saytlarına istinadən xəbər verir ki, bloqqerin sözlərinə görə,…

Daha çox

Viskini içib və sonra da stüardessaları dişləyib…

Taylandan uçan rusiyalı turist bir şüşə viski içdikdən sonra…tutub stüardessaları dişləyib. SİA-nın məlumatına görə, bu barədə SHOT Telegram kanalı yazır. Telekanalın məlumatına görə, 47 yaşlı kişi Kazan hava limanında rüsumsuz olaraq Red Label viskisini alıb. O, Red Wings Boeing 777-yə minib, oturub, havaya qalxdıqdan sonra bütün şüşəni içib və daha güclü bir şey, yəni ruslar demiş “krepkiy” işki istəyib. …Stüardessalar nəzakətlə ondan imtina ediblər. Sonra içkili kişi onlardan birinə hücum edərək dişləməyə və tüpürməyə başlayıb. Rusiyada o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ehtimal olunur ki, o, inzibati məsuliyyətə cəlb olunacaq.…

Daha çox

Tramp Kanadanın baş naziri ilə məhsuldar danışıqlar apardığını açıqlayıb

ABŞ Prezidenti Donald Trampla Kanadanın yeni baş naziri Mark Mark Karni arasında telefon danışığı olub. SIA xəbər verir ki, bunu Donald Tramp açıqlayıb. O, danışığın məhsuldar keçdiyini bildirib. “Biz bir çox məsələlərdə ortaq fikrə sahibik. Kanadada qarşıdan gələn seçkilərdən dərhal sonra siyasət, biznes və bütün digər sahələrdə işləmək üçün görüşmək barədə razılaşdıq. Bu, nəticə etibarilə həm Amerika Birləşmiş Ştatları, həm də Kanada üçün faydalı olacaq”, – deyə Tramp əlavə edib.

Daha çox

Əbu-Dabidəki Yas Waterworld-da güclü yanğın baş verib

Əbu-Dabidə (BƏƏ) ölkənin ən hündür su sürüşməsinin tikintisi planlaşdırılan Yas Waterworld su parkında güclü yanğın baş verib. SİA-nın məlumatına görə, X sosial şəbəkəsində yayımlanan fövqəladə hadisə yerindən çəkilmiş videoda iri alov dilləri və qalın tüstü görünür. Görüntülərdə yanğının tikilməkdə olan əyləncə kompleksinin bir hissəsini necə əhatə etdiyi görünür. Hadisə şahidlərinin sözlərinə görə, fövqəladə hallar xidmətinin əməkdaşları tez reaksiya verib və yanğını söndürməyə başlayıblar. Polis təhlükəsizliyi təmin etmək üçün akvapark ərazisinə giriş-çıxışları bağlayıb. Qeyd edək ki, Yas Waterworld BƏƏ-nin ən böyük su parklarından biridir. Əvvəllər BƏƏ-də oxşar fövqəladə hallar qeydə alınmamışdı.…

Daha çox

Türk nazir Avropa Şurası strukturunun qərəzli mövqeyini tənqid edib

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bir gün əvvəl Ankaraya qarşı qərəzli Bəyannamə qəbul edən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin ünvanına sərt tənqidlə çıxış edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, Avropa Şurasının bu strukturunun mövqeyini “hüquqi reallıqdan uzaq” adlandırıb, onun qərəzsizlik prinsipini pozduğunu vurğulayıb. Y.Tunç sosial şəbəkədəki paylaşımında Türkiyənin hüquqi dövlət olduğunu, müstəqil məhkəmələrin fəaliyyət göstərdiyi və “hüququn aliliyi” prinsipinə hörmət edildiyini vurğulayıb. “Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Bəyannaməsi kimi siyasi xarakterli sənədlər müstəqil məhkəmə sisteminə deyil, Türkiyənin daxili işlərinə qarışmağa yönəlib. Davam edən…

Daha çox

Qutsula 20 sutka həbs cəzası verildi

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul 20 gün həbsdə qalacaq. SİA xəbər verir ki, bu barədə RT rus dilində məlumat yayıb. Mənbənin sözlərinə görə, məhkəmə prokuror Adrian Skutarunun vəsatətini təmin edib. Bundan əlavə, Qutsula qarşı dörd maddə üzrə ittiham irəli sürülüb: 2023-cü il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi, həmçinin seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı rəsmi sənədlərin, bəyannamələrin və hesabatların saxtalaşdırılması… Xatırladaq ki, Qutsul martın 25-də Kişinyov hava limanında saxlanılıb. O, həbs olunmazdan əvvəl Beynəlxalq Jurnalistlər Konqresinin dəvəti ilə İstanbula getməyi planlaşdırırdı. Əli Babayev

Daha çox

Tramp Administrasiyası Zelenskiyə təəccüblü ultimatum verdi

Səudiyyə Ərəbistanında aparılan danışıqlar zamanı ABŞ prezidenti Donald Trampın administrasiyası Kiyevə bir sıra tələblər irəli sürüb. SİA-nın məlumatına görə, bu barədə Ukraynanın “Rezident” Telegram kanalı Vladimir Zelenskinin ofisindəki mənbəyə istinadən yazır. Mənbənin sözlərinə görə, Tramp administrasiyası Kiyevdən atəşkəs dövründə səfərbərliyi dayandırmağı tələb edib, həmçinin seçki dövrü ilə bağlı ultimatum verib. Ukrayna Prezident Aparatından gələcək əməkdaşlığı davam etdirmək üçün ABŞ-a prezident və parlament seçkilərinin tarixləri barədə məlumat verməsi tələb olunur. Nəşr yazır ki, Zelenski atəşkəs müddəti üçün səfərbərliyi dayandırmağa hazırdır, lakin bu müddət ərzində silah tədarükünün dayandırılmasının əleyhinədir. Bundan əvvəl Ukraynanın…

Daha çox

Kuba XİN Azərbaycanı təbrik edib

Kubanın Xarici İşlər Nazirliyi diplomatik münasibətlərinin qurulmasının 33-cü ildönümünü ilə bağlı Azərbaycanı təbrik edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin X səhifəsində yazılıb. “Biz xalqlar arasında tarixi dostluq bağlarına əsaslanan siyasi, iqtisadi münasibətləri və bundan sonra da genişləndirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”, – paylaşımda bildirilib.

Daha çox