…Əsl Azadlıq heykəli hazırda Kiyevdə yerləşir.
SİA-nın məlumatına görə, bu barədə Ali Radanın deputatı Maryana Bezuqlaya öz Telegram kanalında bildirib.
Deməli, parlamentari Kiyevdə yerləşən “Vətən” heykəlini Nyu-Yorkun görməli yerlərindən biri ilə müqayisə edib.
O, heykəli dünyanın Azadlıq heykəli adlandırıb. Ukraynanın paytaxtında yerləşən abidənin fotosunu nəşrə əlavə edən Bezuqla “Dünya Azadlıq Heykəli indi buradadır” yazıb.
Qeyd edək ki, “Vətən” heykəli 1981-ci il mayın 9-da Böyük Vətən Müharibəsi Tarixi Milli Muzeyinin ərazisində açılmışdır.
2023-cü ildə Ukrayna hakimiyyəti heykəlin üzərindəki SSRİ gerbini Ukraynanın gerbi ilə əvəz edib.
Əli Babayev