Cənubi Sudanda vitse-prezidentin həbsinə order verib

Cənubi Sudanda səlahiyyətlilər ölkənin vitse-prezidenti Riek Maçarın həbsinə order verib. SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilib ki, onun mühafizəçiləri zərərsizləşdirilib. Riek Maçarın hələlik məlum olmayan ittihamlarla həbsinə qərar verilib. Hazırda onun saxlanılması istiqmətində iş aparılır. Ölkədə bir neçə həftədir vitse-prezident Riek Maçarın da mənsub olduğu Nuer xalqına aid silahlı dəstələr hökumət qüvvələrinə qarşı döyüşür. Döyüşlərdə onlarla insan həlak olub. BMT-nin məlumatına görə, fevral ayından bəri ən azı 50 min nəfər qaçqın düşüb. Döyüşlər paytaxtdan 1300 kilometr uzaqda baş versə də, münaqişənin ölkənin digər bölgələrinə yayılmaq…

Daha çox

Pentaqon rəhbərinin istefası tələb edildi

ABŞ-da məxfi məlumatın “Signal” tətbiqindəki yazışma zamanı yayılması ilə bağlı Tramp administrasiyasının kəşfiyyat və müdafiə rəsmilərinin Konqresdə ifadələri davam edir. SİA xəbər verir ki, bugünkü dinləmələrdə Demokratlar Partiyasının təmsilçiləri ABŞ-ın müdafiə katibi Pit Heqseti istefaya çağırıblar. Onlar milli kəşfiyyatın direktoru Tulsi Qabbard və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklifin yazışmada heç bir məxfi məlumatın paylaşılmadığına dair ifadələrini qəbul etməyərək, Pentaqon rəhbərinin məsuliyyəti üzərinə götürməsini tələb ediblər. ABŞ-a məxsus gizlin məlumatların adi tətbiq vasitəsilə yayılması məsuliyyətsizlik hesab edilib. Xatırladaq ki, iki gün əvvəl “Atlantik” jurnalının baş redaktoru Cefri Qoldberq təsadüfən Tramp…

Daha çox

Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayıracaq

Fransa Ukraynaya 2 milyard avro məbləğində yeni hərbi yardım paketi ayırır. SİA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. “Bu gün Ukraynaya 2 milyard avro məbləğində yeni dəstək paketi barədə elan etmək istərdim. Bu dəstək Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarına uyğun olmalıdır”, – Makron söyləyib. Yardım paketinə MILAN tank əleyhinə raketlər; hava hücumundan müdafiə vasitələri: MICA raketləri; aviasiya üçün raketlər (“Mirage” təyyarələrinin təchizatı); “Mistral” yerüstü müdafiə raketləri; AMX-10RC zirehli maşınları; distant idarə olunanlar da daxil olmaqla döyüş…

Daha çox

İsrail Qəzza sakinlərinə çağırış etdi

İsrailin müdafiə naziri İsrael Katz Qəzza sakinlərinə çağırış edib. SİA xəbər verir ki, o bu haqda “X” hesabında paylaşım edib: “İsrail ordusu qısa vaxtda Qəzzada əməliyyatları genişləndirəcək və sizdən təhlükəsizliyiniz üçün döyüş bölgələrini boşaltmağınız tələb olunacaq. Planlar artıq hazırlanıb və təsdiqlənib”.

Daha çox

Britaniyanın maliyyə naziri büdcə yeniləməsini parlamentə təqdim edib

Britaniyanın maliyyə naziri Reyçel Rivz büdcə yeniləməsini parlamentə təqdim edib. SİA “Reuters”ə istinadla xəbər verir ki, o, qlobal iqtisadiyyatın qeyri-müəyyən hala gəldiyini və bunun həm dövlət maliyyələrinə, həm də iqtisadiyyata təsir etdiyini bildirib. Nazir bu büdcə yeniləməsinə yeni vergi artımının daxil olmadığını qeyd edib. Bunun əvəzinə kapital xərclərini illik 2 milyard funt sterlinq artıracağını və bu artımın iqtisadiyyatda inkişaf yaratmaq və müdafiə sahəsindəki öhdəlikləri yerinə yetirmək məqsədini daşıdığını açıqlayıb. Reyçel Rivz eyni zamanda, yeni maliyyə ili üçün hərbi sahəyə əlavə 2,2 milyard funt sterlinq ayrılacağını təsdiqləyib. O, qeyd edib ki,…

Daha çox

Xartum üsyançı silahlı qruplaşmadan tamamilə azad edildi

Sudan ordusu paytaxt Xartumu üsyançı silahlı qruplaşmadan tamamilə azad edib. Sudan Suverenlik Şurasının sədri, ordu komandanı Əbdülfəttah əl-Burhanı gətirən təyyarə ölkədə müharibə başlanandan bəri ilk dəfə olaraq Xartum beynəlxalq aeroportuna enib. SİA xəbər verir ki, bu barədə Sudan Suverenlik Şurasının sədri, ordu komandanı Əbdülfəttah əl-Burhan bu yaxınlarda üsyançı çevik dəstək qüvvələrindən təmizlənmiş Prezident Sarayında bəyan edib. Sudan ordusunun əl-Cəzirə vilayətinin şimalındakı kəndlərə və Xartum vilayətinin cənubuna doğru irəlilədiyi qeyd olunub.

Daha çox

Ukrayna Fransadan aldığı “Mirage” qırıcılarının sayını artıracaq

“Ukrayna Fransadan daha çox “Mirage” qırıcıları alacaq. Bu cür aviasiya vasitələri Ukrayna səmasını qoruyacaq”. SİA Ukrinform-a istinadla xəbər verir ki, bunu Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında deyib. Zelenski verilən “Mirage” döyüş təyyarələrinə görə Makrona təşəkkür edib. Ukrayna Prezidentinin sözlərinə görə, onlar artıq Ukraynanın hava qalxanının bir hissəsinə çevriliblər. Zelenski qeyd edib ki, qırıcılar ilk növbədə ruslar tərəfindən atılan “Şahed”lərdən və digər hücum dronlarından müdafiəyə kömək edir. “Mirage” qırıcı təyyarələrinin sayını artırmağı müzakirə etdik”, – deyə Prezident əlavə edib.

Daha çox

And dağlarındakı buzlaqlar milyonlarla insanın həyatını təhdid edir

Cənubi Amerikada And buzlaqlarının proqnozlaşdırılandan daha sürətlə yoxa çıxması və 100 milyona yaxın insanın su təchizatını təhdid edən narahatlıqlar artır. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Londonda keçirilən nümayəndəlik konfransında Şeffild və Nyukasl universitetlərinin tədqiqatçıları məlumat veriblər. Qeyd edək ki, And dağları Peru, Çili və Boliviya kimi ölkələrdən keçən uzun dağ silsiləsidir. Buzlaq ehtiyatları içməli, əkin sahələrinin suvarılması və elektrik enerjisi istehsalı üçün su təmin edir, lakin iqlim dəyişikliyi səbəbindən onların həcmi durmadan azalır. Araşdırmalara görə, buz qalınlığının illik itkisi 70 santimetrə çatır ki, bu da dünya…

Daha çox

Berlində 16-cı Petersberq İqlim Dialoqu keçirilib

Martın 25-26-da Berlində beynəlxalq iqlim gündəliyində yer alan əsas tədbirlərdən biri – 16-cı Petersberq İqlim Dialoqu (PCD) keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Braziliyada keçiriləcək COP30-a hazırlıq məqsədilə təşkil edilən tədbirdə xüsusilə COP29-un Bakıda keçirilməsindən sonra iqlim maliyyəsi və enerji keçidi ilə bağlı qlobal öhdəliklər diqqət mərkəzində saxlanılıb. Məqsəd qlobal çağırışlara birgə həll yolları tapmaq və iddialı iqlim hədəflərinin həyata keçirilməsi üçün siyasi konsensusu gücləndirmək olub. Müzakirələrdə emissiyaların azaldılması, qalıq yanacaqlardan imtina, bərpaolunan enerjinin artırılması və iqlim maliyyəsinin genişləndirilməsi məsələlərinə diqqət çəkilib. Almaniyanın xarici işlər naziri Annalena Berbok…

Daha çox

Demokratlar Partiyası Pentaqon rəhbərinin istefasını tələb edir

ABŞ-da məxfi məlumatın “Signal” tətbiqindəki yazışma zamanı yayılması ilə bağlı Tramp administrasiyasının kəşfiyyat və müdafiə rəsmilərinin Konqresdə ifadələri davam edir. SİA-nın məlumatına görə, bugünkü dinləmələrdə Demokratlar Partiyasının təmsilçiləri ABŞ-ın müdafiə katibi Pit Heqseti istefaya çağırıblar. Onlar milli kəşfiyyatın direktoru Tulsi Qabbard və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklifin yazışmada heç bir məxfi məlumatın paylaşılmadığına dair ifadələrini qəbul etməyərək, Pentaqon rəhbərinin məsuliyyəti üzərinə götürməsini tələb ediblər. Qeyd olunub ki, ABŞ-a məxsus gizlin məlumatların adi tətbiq vasitəsilə yayılması məsuliyyətsizlikdir. Qeyd edək ki, iki gün əvvəl “Atlantik” jurnalının baş redaktoru Cefri Qoldberq təsadüfən…

Daha çox