Zelenski Makronla görüşmək üçün Fransaya gəlib


Ukrayna prezidenti Vladimir Zelenski Fransaya səfər edib.

SİA xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Sergey Nikiforov Telegram-kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna liderinin Fransa prezidenti Emmanuel Makronla görüşü planlaşdırılıb.

Danışıqlar zamanı siyasətçilərin hansı məsələləri müzakirə edəcəyi açıqlanmır.

…Martın 20-də Zelenski ona zəng edən Makronla əlaqə saxlamaqdan imtina edib.

Ukrayna lideri fransalı həmkarına brifinqdə olduğunu izah edib və 15-20 dəqiqəyə geri zəng edəcəyinə söz verib.

O, Makronla gündəlik ünsiyyətdə olduğunu da bildirib. Bundan əvvəl Makronun Ukraynada Avropa qoşunlarına alternativ axtarmağa başladığı bildirilirdi.

O, bunu BMT-nin sülhməramlı missiyası kimi görürdü.

Əli Babayev

Əlaqəli Xəbərlər