Paşinyandan ermənilərə Qarabağla bağlı çağırış…


Ermənistan xalqı daha Qarabağın respublikaya birləşdirilməsini müdafiə etməməlidir.

SİA RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

O, bəyan edib ki, Ermənistan 1988-ci ildə Dağlıq Qarabağın ölkəyə birləşdirilməsi üçün başlayan Qarabağ hərəkatını davam etdirməməlidir.

Onun sözlərinə görə, bu hərəkat əvvəllər Ermənistan dövlətçiliyinin qurulmasına mane olmaq üçün istifadə olunub. Paşinyan əlavə edib ki, İrəvan Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun buraxılması məsələsinin müzakirəsinə icazə verir.

Eyni zamanda, Ermənistan hakimiyyəti Bakının Azərbaycanın Ermənistan ərazisi adlandırdığı “Qərbi Azərbaycan”la bağlı hərəkata başlamayacağına əmin olmaq istədikləri üçün bu məsələni təxirə salır.

Bundan əvvəl Paşinyan bildirib ki, Ermənistanın yeni konstitusiyasının məqsədi vətəndaşlığı olmayan xalqın relikt davranışından xilas olmaqdır.

Paşinyan ölkədə konstitusiya referendumunun keçirilməsini əvvəlki referendumların legitim olmamasından xilas olmaq zərurəti ilə izah edib.

Əli Babayev

Əlaqəli Xəbərlər