Mahmud Abbas da qərar verdi

Fələstin Prezidenti Mahmud Abbas Qələbə Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün mayın 9-da Moskvaya gedəcək. SİA xəbər verir ki, bu barədə “RİA Novosti”yə Fələstinin Rusiyadakı səfiri Abdulhafiz Nofəl məlumat verib. “Prezident Abbas mayın 9-da gələcək. Biz Kremlə rəsmi məktub göndərdik ki, Prezident Abbas tədbirlərdə iştirak edəcək”, – Nofəl bildirib.

Daha çox

Rusiya və Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub

“Rusiya və Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub”. SİA-nın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, intensiv müzakirələr davam etdirilir. “Biz iki istiqamət üzrə əhəmiyyətli irəliləyiş əldə etmişik. Davamının nə olacağını görəcəyik. Rusiya və Ukrayna ilə dərin danışıqlar aparırıq. Deyə bilərəm ki, bu danışıqlar uğurlu gedir”,- deyə Tramp bildirib.

Daha çox

Kral Çarlzın Vatikana dövlət səfəri təxirə salındı

Kral Çarlz və Kraliça Kamillanın Vatikana dövlət səfəri Papanın xəstəlikdən sağalması ilə əlaqədar qarşılıqlı razılaşma əsasında təxirə salınıb. SİA “Sky News”a istinadla xəbər verir ki, 88 yaşlı Papa həyati təhlükəsi olan pnevmoniya ilə mübarizə apararaq beş həftə xəstəxanada yatdıqdan sonra bazar günü Vatikana gəlib. Açıqlamada deyilir ki, həkimin məsləhəti ilə Papa Fransisk uzun müddət istirahət etməlidir. Çarlz və Kamillanın İtaliya turunun hələ də davam etdiyi, lakin mart ayında elan edilən proqramda bəzi dəyişikliklərin olacağı gözlənilir. Aprelin 7-dən 10-a qədər olan səfər Papanın yubileyini və Katolik Kilsəsi ilə İngiltərə Kilsəsi arasındakı…

Daha çox

Fidan və Rubio Cəbubi Qafqazda sülh məsələsini müzakirə ediblər

Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib. SİA-nın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, tərəflər təhlükəsizlik və ticarət sahəsində əsas məsələlər üzrə əməkdaşlığı müzakirə ediblər. Bildirilir ki, Dövlət katibi Türkiyədən Ukrayna və Cənubi Qafqazda sülhə dəstək verməyə çağırıb. Məlumata əsasən, Rubio Türkiyənin İŞİD-ə qalib gəlmək üzrə Qlobal Koalisiyadakı liderliyini yüksək qiymətləndirib və sabit, vahid, sülhsevər Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Görüş zamanı Rubio, həmçinin ikitərəfli ticarətdə son irəliləyişləri qeyd edərək iqtisadi tərəfdaşlığın daha da irəliyə aparılmasına çağırış edib.

Daha çox

ABŞ-da jurnalist Putin haqqında dediyi sözlərə görə istehza edilib

ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Scott Ritter CNN-in baş beynəlxalq müxbiri Kristian Amanpuru ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoffun Rusiya prezidenti Vladimir Putinə etimadla bağlı sözlərini pislədiyinə görə tənqid edib. SİA-nın məlumatına görə, bu barədə o, X. sosial şəbəkə hesabında yazıb. Amanpur Vitkoffun jurnalist Taker Karlsona verdiyi müsahibədə Ağ Evin sözçüsü Rusiya liderini “son dərəcə mehriban və etibar edilə bilən insan” adlandırıb, “bu zarafatdır?”,- deyə cavab verib. …Burada yeganə zarafat sənsən, -deyə Ritter cavab yazıb. Xatırladaq I, martın 23-də Vitkoff deyib ki, Putin Avropanı ələ keçirmək niyyətində…

Daha çox

Tramp İran liderinə məktub göndərib

ABŞ prezidenti Donald Tramp İran liderinə məktub göndərərək birbaşa dialoqda maraqlı olduğunu, lakin danışıqlardan imtina edəcəyi təqdirdə mümkün hərbi nəticələr barədə xəbərdarlıq edib. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının rəhbəri Tulsi Qabbard məlumat verib. O, qeyd edib ki, İran liderinə müvafiq məktubu Tramp “bu yaxınlarda” göndərib. …O, deeskalasiya, müharibənin qarşısının alınması və İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün birbaşa danışıqlarda maraqlı olduğunu bildirib. Bunu Qabbard əlavə edib. Eyni zamanda, ABŞ Milli Kəşfiyyatının rəhbərinin sözlərinə görə, Tramp məktubda “birbaşa danışıqların olmadığı təqdirdə…

Daha çox

Göyərtəsində rusların olduğu təyyarədə problem yaşanıb…

Rusiyanın “Azimut” aviaşirkətinə məxsus təyyarənin mühərrikində problem yaranıb. SİA-nın məlumatına görə, bu barədə Aviaincident Telegram kanalı yazır. Bazar ertəsi, martın 24-də Mineralnıye Vodıdan Yerevana uçan sərnişin təyyarəsinin göyərtəsində gözlənilməz vəziyyət yaranıb. Uçuşa az qalmış ekipaj sol mühərriki işə sala bilmədiklərini bildirib. Nəticədə təyyarə dayanacağa qayıtmalı olub. Bundan əvvəl başqa bir Rusiya aviaşirkətinə məxsus təyyarə nəfəs ala bilməyən sərnişinə görə istiqamətini qəfil dəyişməli olmuşdu. Martın 24-də İrkutskdan Moskvaya uçan Boeing 737-800 təyyarəsində fövqəladə vəziyyət yaranıb. Uçuş zamanı ekipaj nəbzi və nəfəs almadan yıxılan bir adam barədə məlumat verib. Əli Babayev

Daha çox

Moskva şərtlər qoyub…

Ər-Riyadda Ukrayna münaqişəsi ilə bağlı əldə edilən razılaşmalar açıqlanıb… Ukrayna və ABŞ Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də enerji infrastrukturuna hücumların dayandırılması barədə razılığa gəliblər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Ər-Riyadda danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov deyib. “Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini dayandırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Həmçinin Ukrayna və Rusiyanın enerji infrastrukturuna hücumların tam dayandırması ilə bağlı da razılıq əldə olunub”, – deyə o…

Daha çox

Çin Zelenskinin taktikası ilə bağlı həyəcan təbili çalır

…Çinin “Tencent” portalı yazır ki, Vladimir Zelenski Ukraynanın atom elektrik stansiyalarının partladılmasını istisna etmir. Nəşr müəllifinin fikrincə, Ukrayna ümidsiz vəziyyətdə qalıb və Kiyevin son kozırı “yandırılmış yer taktikası” ola bilər. Portalın müşahidəçisi Zelenskinin “son ukraynalıya qədər mübarizə aparacağını” bildirən sözlərini xatırladıb. SİA-nın məlumatına görə, məqalə müəllifi əlavə edib ki, o, “diz üstə yaşamaqdansa, ayaq üstə ölmək” cəhdi ilə atom elektrik stansiyasının partladılmasına icazə verir. Jurnalist vurğulayıb ki, bütün Avropa və Birləşmiş Ştatlar nüvə müharibəsi baş verəcəyi təqdirdə “geosiyasi avantüranın yüksək qiymətini ödəyəcək”. Bundan əvvəl amerikalı teleaparıcı Taker Karlson 2024-cü ildə…

Daha çox

26-cı günün duası

Sabah Ramazan ayının 26-cı günüdür. SİA xəbər verir ki, sabah imsak vaxtı saat 05:07, iftar isə 19:13-dədir. İmsak duası: “Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin”. Tərcüməsi: “İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!”” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan…

Daha çox