ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu sanksiya siyahısına 80 təşkilat əlavə edib və bunların 50-dən çoxu Çin şirkətləridir. SİA xəbər verir ki, bu barədə Büronun məlumatında bildirilib. Siyahıda qeyd olunan şirkətlərə ixrac məhdudiyyətləri tətbiq olunur. Xüsusilə ABŞ şirkətləri siyahıya daxil edilmiş təşkilatlara ölkə hökumətinin razılığı olmadan mal və texnologiyalar təchiz etmək hüququna malik deyil. “Biz rəqiblərimizin ABŞ texnologiyalarından öz ordularını gücləndirmək və amerikalıların həyatını təhdid etmək üçün istifadə etməsinə imkan verməyəcəyik”, – məlumatda ABŞ-nin ticarət naziri Hovard Lyutnikə istinadən bildirilib. Ticarət Nazirliyinin qeyd etdiyi kimi, Çin şirkətlərinin bir çoxu…
Daha çoxDay: March 26, 2025
Braziliyada COP30-un Prezidentliyi təsis edilib, Təşkilat Komitəsi yaradılıb
Braziliya Prezidentinin səlahiyyətlərini icra edən, vitse-Prezident Jeraldu Alkmin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu Sessiyasının (COP30) bu ölkədə keçirilməsi və bundan irəli gələn məsələlər barədə sərəncam imzalayıb. SİA xəbər verir ki, sənədə əsasən, COP30-un Prezidentliyi təsis edilib və hazırlıq prosesinin koordinasiyası üçün Təşkilat Komitəsi yaradılıb. Müəyyən edilib ki, COP30-un Prezidenti iştirakçı ölkələr arasında iqlim maliyyəsi məsələsində konsensusun əldə olunması prosesinə bilavasitə rəhbərliyi həyata keçirir. Xatırladaq ki, COP30-un Prezidentinin səlahiyyətləri Braziliyanın iqlim, energetika və ətraf mühit naziri Andre Korrea Du Laqoya tapşırılıb.
Daha çoxQaqauziya parlamenti Qutsulun həbsinə görə Kişineuya ultimatum verib
Moldova hakimiyyəti Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu azad etməyəcəyi təqdirdə muxtar bölgənin Xalq Məclisi ölkədə etiraz aksiyalarını dəstəkləyəcək. SİA xəbər verir ki, bu barədə bu gün parlamentin təcili iclasında qəbul edilən bəyanatda bildirilib. “Parlament Qaqauziyanın başçısı Yevgeniya Qutsulun qanunsuz həbsinə qəti etirazını bildirir”, – bəyanatda qeyd olunub. Parlament, həmçinin Qutsulun həbsini Kişineunun muxtar quruma təzyiqinin artırılması istiqamətində növbəti addım adlandırıb və Moldova hakimiyyətindən onun dərhal azad edilməsini tələb edib. Bundan əlavə, bəyanatda Qaqauziyaya qarşı ayrı-seçkiliyin dayandırılması və onun hüquqlarına riayət edilməsi tələbi də yer alıb. Qeyd edək ki, Qaqauziyanın başçısı martın…
Daha çoxSürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Daha çoxAzərbaycanın Yaponiya ilə ticarət dövriyyəsi 30 %-ə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsinin dəyəri 57,5 milyon ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,8 % çoxdur. Son 1 ildə Azərbaycanın Yaponiyaya ixracının dəyəri 29,1 % azalaraq 1,9 milyon ABŞ dollarına düşüb, bu ölkədən idxalının dəyəri isə 33,6 % artaraq 55,6 milyon ABŞ dollarına çatıb. Hesabat dövründə Yaponiyanın Azərbaycanın ümumi ixracında payı 0,04 %, ümumi idxalında payı isə 1,34 % olub.
Daha çoxSomali dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və qardaş xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Ramazan bayramı mənəvi düşüncə, birlik və yenilənmə dövrüdür, dünyadakı müsəlmanları şəfqət, xeyirxahlıq və sülh ruhunda bir araya gətirir. Bu mübarək bayramın Azərbaycan xalqına və hökumətinə sevinc, rifah və davamlı harmoniya gətirməsini arzulayıram. Somali Federativ Respublikası ölkələrimiz arasında olan dostluq və əməkdaşlıq əlaqələrinə önəm verir. Biz gələcək illərdə bu ikitərəfli əlaqələrin daha…
Daha çox“ABŞ tərəfini ölçü götürməyə çağırırıq”
“Amerika Birləşmiş Ştatlarının Dini Azadlıq Komissiyası adlı dövlət qurumu bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edib. Artıq bir neçə ildir Azərbaycana qarşı qərəzini açıq şəkildə nümayiş etdirən Komissiyanın bu ilki hesabatı da Azərbaycana qeyri-obyektiv və əsassız iddialarla doludur”. SİA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub. “Əvvəlki illərdə olduğu kimi bu il də hesabatın müəllifləri öz iddialarını “Ümumerməni Xeyriyyə İttifaqı”, “Araqats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən radikal erməni millətçilərinin (L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan) hazırladığı uydurma məruzələrlə və bədnam, anti-Azərbaycan fəaliyyəti ilə…
Daha çoxABŞ üçün əsas hərbi təhlükə bu ölkədir
Çin ABŞ üçün əsas hərbi və kiber təhdid olaraq qalır. SİA xəbər verir ki, bu məqam ABŞ kəşfiyyat agentliklərinin yeni illik hesabatında qeyd olunub. Kəşfiyyatın illik təhdid qiymətləndirməsində deyilir ki, Çin ABŞ-ı adi silahlarla vurmaq, kiberhücumlarla ABŞ infrastrukturunu pozmaq və kosmosdakı aktivlərini hədəfə almaq qabiliyyətinə malikdir və 2030-cu ilə qədər ABŞ-ı süni intellektdə aparıcı güc kimi sıxışdırmaq niyyətindədir. Hesabatda deyilir: “Çinin, demək olar ki, 2030-cu ilə qədər süni intellekt sahəsində dünyanın ən nüfuzlu gücü kimi Birləşmiş Ştatların yerini almağa yönəlmiş çoxşaxəli milli strategiyası var”. ABŞ-ın Çinlə bağlı narahatlığı 32 səhifəlik…
Daha çoxAzərbaycan səfirliyi Suriyada kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edir
Azərbaycanın Suriyadakı səfirliyi bu ölkədə kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edir. SİA xəbər verir ki, Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynovun iştirakı ilə paytaxtın Məzzə məhəlləsində 500 uşaq üçün iftar süfrələri qurulub. Məlumata görə, üç gün davam edəcək proqramda, ümumilikdə, 3 min kimsəsiz uşağa iftar veriləcək.
Daha çoxCənubi Koreyada meşə yanğınları nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb
Cənubi Koreyanın cənub-şərqində meşə yanğınları nəticəsində ən azı 24 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə “Yonhap” informasiya agentliyi məlumat yayıb. Həlak olanlar arasında bu gün şərqi Kyonsan-Pukto əyalətində yanğını söndürərkən qəzaya uğrayan helikopterin 73 yaşlı pilotu da var. Yanğınların söndürülməsinə onlarla helikopter, təxminən 5 min yanğınsöndürən və 560 ədəd xüsusi texnika cəlb edilib. Güclü külək və quru hava şəraiti yanğının söndürülməsinə mane olur. Agentlik qeyd edib ki, güclü küləklər səbəbindən meşə yanğınlarının şərq sahil bölgələrinə, o cümlədən böyük atom elektrik stansiyasının yerləşdiyi əraziyə yayılması riski var. Ölkənin…
Daha çox