Milyarderin saxlanma səbəbi məlum olub..?


…Milyarder, “Rusaqro” kənd təsərrüfatı holdinqinin təsisçisi və Belqorod vilayətindən olan keçmiş senator Vadim Moşkoviçin həbsinin səbəbi məlum olub.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Moşkoviçin həbsinin səbəblərindən biri aktivlərin ələ keçirilməsi ilə bağlı şübhələr olub.

…“Mash”in məlumatına görə, milyarder “Solneçnıye Produktı” neft və yağ holdinqinin 1 milyard rubldan çox dəyərində olan aktivlərinin qanunsuz ələ keçirilməsində əli ola bilər.

Üstəlik, bu cinayətdə Moşkoviçin şəriki “Rusaqro”nun keçmiş baş direktoru Maksim Basovun da əli ola bilər.

Qeyd olunur ki, artıq Moşkoviçə qarşı xüsusilə külli miqdarda dələduzluq, habelə ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılıb. Xatırladaq ki, Vadim Moşkoviç bundan əvvəl də Moskvada saxlanılıb.

Əli Babayev

Əlaqəli Xəbərlər