Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib. SİA-nın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, tərəflər təhlükəsizlik və ticarət sahəsində əsas məsələlər üzrə əməkdaşlığı müzakirə ediblər. Bildirilir ki, Dövlət katibi Türkiyədən Ukrayna və Cənubi Qafqazda sülhə dəstək verməyə çağırıb. Məlumata əsasən, Rubio Türkiyənin İŞİD-ə qalib gəlmək üzrə Qlobal Koalisiyadakı liderliyini yüksək qiymətləndirib və sabit, vahid, sülhsevər Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Görüş zamanı Rubio, həmçinin ikitərəfli ticarətdə son irəliləyişləri qeyd edərək iqtisadi tərəfdaşlığın daha da irəliyə aparılmasına çağırış edib.