Bəraət qazanan yapon 1,44 milyon dollar təzminat alacaq





…47 il edamını gözlədikdən sonra



…1966-cı ildə yaponiyalı bir kişi öz müdirini, onun arvadı və iki uşağını öldürməkdə günahlandırılmışdı.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Hakamata adlı həmin şəxs əvvəlcə cinayəti etiraf etdi, lakin sonradan etirafın işgəncə altında alındığını bildirdi. Yaponiyanın Şizuoka Rayon Məhkəməsi ölkə hökumətini ölüm cəzasını gözləyən 89 yaşlı İvao Hakamataya 217 milyon yen (təxminən 1,44 milyon dollar) ödəməyə qərar verib.

Bu barədə Kyodo agentliyi keçmiş məhbusun vəkillərinə istinadən məlumat yayıb.

Ödəniş keçmiş məhbusun 1966-cı ildə müdirini, onun arvadı və iki uşağını qətlə yetirməkdə ittiham olunaraq həbsindən başlayaraq 47 illik həbs cəzası üçün kompensasiyadır. Hakamata əvvəlcə uzun sorğu-suallardan sonra cinayəti etiraf edib, lakin sonradan etirafın işgəncə altında alındığını bildirib.

…2014-cü ildə ekspertiza göstərib ki, Hakamatanın DNT-si cinayət yerində tapılan nümunələrlə uyğun gəlmir.

2023-cü ildə Tokio Ali Məhkəməsi yenidən işin araşdırılmasını təsdiqləyib və 2024-cü ilin sentyabrında Şizuoka məhkəməsi müstəntiqlər tərəfindən saxtalaşdırılan üç dəlil taparaq, nəhayət Hakamata bəraət verib.

Növbəti ay prokurorlar apellyasiya şikayətini rədd ediblər, nəticədə Hakamata tam bəraət qazanıb.

İndi o, nahaq hökmə görə görünməmiş təzminat alacaq.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər