“Azov”çular məhkəmə zalına qandallı gətiriliblər…



Keçmiş “Azov” döyüşçüləri Rusiyada böyük müddətə azadlıqdan məhrum ediliblər.



Rusiyanın Rostov-na-Donu məhkəməsi müxtəlif vaxtlarda Azov alayında xidmət etmiş ukraynalı məhbusları ciddi rejimli cəzaçəkmə koloniyasında real cəzalara məhkum edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, Mediazonanın müxbiri bu barədə məhkəmə zalından məlumat verir.

Hakim Vyaçeslav Korsakovun sədrlik etdiyi üç hakimdən ibarət kollegiya Yaroslav Jdamarov, Aleksandr Meroçenets, Nikita Timonin, Aleksandr Muxin, Oleq Tışkul və Artur Qretskiyə 22 il müddətinə ciddi rejimli cəzaya məhkum edib.

Aleksandra İrxa və Artem Qrebeşkov – 20 il, Oleq Mijqorodski 17 il; Oleq Jarkov – 13 il; Anatoli Qritsyk – 19 il, Aleksey Smıkov isə – 23 il müddətinə maksimum rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcəklər.

Onların hamısı hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.

Kişilər məhkəmə zalına qandallı gətirilib. Hökm elan olunmazdan əvvəl Oleq Jarkov özünü pis hiss edib – mədəsi ağrıyır deyə onun üçün təcili yardım çağırılıb.

İş üzrə 11 təqsirləndirilən şəxsə qiyabi hökm çıxarılıb, çünki onlar artıq Ukraynaya qayıdıblar.

Əli Babayev

Əlaqəli Xəbərlər