Dünya birjalarında neft ucuzlaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,15 dollar azalaraq 72,85 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,16 dollar azalaraq 68,95 dollar təşkil edib.
Daha çoxDay: March 25, 2025
Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, mətndə deyilir: “Hörmətli İlham Heydər oğlu. Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm. Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək. Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı və planlarınızın uğurla həyata keçməsində uğurlar, ölkənizin əhalisinə sülh və əmin-amanlıq arzulayıram”.
Daha çoxBelqorodda Rusiyanın 4 helikopteri məhv edildi
Belqorod vilayətində 4 rus helikopteri məhv edilib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. Departamentin məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, raket qoşunları və artilleriya ilə birgə həyata keçirilən əməliyyat çərçivəsində Xüsusi Əməliyyat Qüvvələri 2 Mi-8 helikopterini və 2 Ka-52 helikopterini məhv edib. Qeyd edək ki, 23 martda Ukrayna qüvvələrinin Belqoroda daxil olaraq, bir kəndi nəzarətə götürdüyü bildirilmişdi.
Daha çoxCinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Martın 24-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
Daha çoxSəmada qəribə işıqlar müşahidə edildi
“SpaceX” şirkətinin “Falcon 9” raketi bazar ertəsi ABŞ-ın NROL-69 kəşfiyyat gəmisini uğurla orbitə çıxarıb. SİA xəbər verir ki, bu barədə ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsi bildirib. Dünən bir sıra Avropa ölkələrinin səmasında müşahidə edildiyi iddia olunan və sosial şəbəkələrdə müzakirələrə səbəb olan “sırli işıq”ların da buraxılan raketin yanacağının izləri olduğu ehtimal edilir.
Daha çoxÖtən gün ölkə ərazisində qumbara və silahlar aşkarlanıb
Azərbaycanda martın 24-də qumbara və silahlar aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 18 tüfəng, 3 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daha çoxİpoteka və Kredit Zəmanət Fondunun mənfəəti cüzi artıb
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2024-cü ili 23,378 milyon manat mənfəətlə başa vurub. SİA xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,6 % çoxdur. Bu il yanvarın 1-nə İKZF-nın aktivləri 3 milyard 328,409 milyon manat olub ki, bu da illik müqayisədə 19,15 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 25,3 % artaraq 2 milyard 100,482 milyon manata, balans kapitalı isə 11 % artaraq 1 milyard 227,927 milyon manata, o cümlədən nizamnamə kapitalı 8,95 % artaraq 1 milyard 68,4 milyon manata çatıb. Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il…
Daha çoxMilli Məclisin strukturunda kadr dəyişikliyi olub
“Milli Məclis aparatının mətbəəsi” MMC-nin direktoru Cahid Mehmanlı vəzifəsindən azad edilib. SİA xəbər verir ki, şirkətə rəhbərlik Etibar Əsgərova həvalə olunub. Xatırladaq ki, “Milli Məclis aparatının mətbəəsi” 2020-ci ildə 100 manat nizamnamə kapitalı ilə yaradılıb.
Daha çoxMarsda anomal quruluşa malik qaya aşkar edilib
Marsda anomal quruluşa malik qaya aşkar edilib. SİA xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Məlumata görə, “Perseverance” komandası səthi yüzlərlə kiçik “muncuq”la örtülmüş qeyri-adi qaya tapıb. Qayanın səthində tünd boz rəngli yüzlərlə kürəşəkilli formasiyalar var. Onlardan bəziləri uzunsovdur, digərlərinin qırıqlara bənzəyən iti kənarları var, bəzilərində isə kiçik dəliklər görünür. Tədqiqatçılar bir neçə millimetr ölçüsündə olan bu “muncuq”ların meydana gəlməsinə hansı geoloji prosesin səbəb ola biləcəyini anlamağa çalışırlar.
Daha çoxDağlıq rayonlarda 8 dərəcəyədək şaxta olub
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, martın 25-i saat 10:00-a olan məlumatına əsasən, düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 17, Qəbələdə 14, Şamaxıda 12, Şabranda 11, İsmayıllıda 8, Lerikdə 6, Altıağac, Şəki və Neftçalada 4, Oğuz eyni zamanda Bakıda və Abşeron yarımadasında 3, Xaçmaz və Yardımlıda 2, Ağsu, Şuşa, Biləsuvar, Kürdəmir, Göyçay, Tərtər və Balakəndə 1 mm-dək qeydə alınıb. Dağlıq ərazilərdə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 22, Qusarda (Laza)…
Daha çox