Sabahdan havanın temperaturu yüksələcək, 18 dərəcə isti olacaq. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın…
Daha çoxDay: March 25, 2025
İran və İraq XİN başçıları regional vəziyyəti müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə telefon danışığında ABŞ-nin hədəfinin qonşu və dost ölkələrin münasibətlərini parçalamaq olduğuna dair xəbərdarlıq edib. SİA xəbər verir ki, məlumatı İSNA yayıb. Bildirilib ki, nazirlər regionda baş verən son hadisələri müzakirə ediblər. Məlumata görə, Abbas Əraqçi Fuad Hüseynlə ABŞ-nin Yəməndə husi qiyamçılarına qarşı keçirdiyi son əməliyyatlar, İsrailin Qəzza və Livanda keçirdiyi hərbi əməliyyatları bərpasına dair fikir mübadiləsi ediblər. Əraqçi ABŞ-nin İranın neft sənayesinə qarşı tətbiq etdiyi sanksiyalara işarə edərək bildirib ki, İslam Respublikasına təzyiq göstərmək üçün Ağ Evin irəli sürdüyü iddia,…
Daha çoxAzərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 50 % artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 1 milyard 256,9 milyon ABŞ dolları təşkil edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 50 % çoxdur. O cümlədən, son 1 ildə Azərbaycanla MDB ölkələrinə ixracının dəyəri 7,05 % azalaraq 188,4 milyon ABŞ dollarına, Birlik ölkələrindən idxalının dəyəri isə 68,2 % artaraq 1 milyard 68,5 milyon ABŞ dollarına çatıb. 2 ay ərzində MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 4,9 %, ümumi idxalında payı isə 26,9 % təşkil edib. Hesabat dövründə Azərbaycanın…
Daha çoxABŞ rəsmilərinin məxfi söhbətinin sızması Uoltsu istefaya məcbur edə bilər
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun gələcəyi ilə bağlı Ağ Evdə aktiv müzakirələr gedir. SİA xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb. Buna səbəb ABŞ-nin Yəmənə qarşı hərbi əməliyyatları ilə bağlı məxfi məlumatın əldə edilməsi barədə xəbərlərin yayılmasıdır. Qeyd olunub ki, M.Uoltsun istefası da istisna edilmir. Məlumata görə, hələ heç nə qərarlaşdırılmayıb. Ağ Evdəki rəsmilər bildiriblər ki, Prezident Donald Tramp məlumat sızıntısı barədə xəbərlərdən sonra vəziyyətin inkişafını izləyir və yaxın günlərdə son qərarı verəcək. Bununla yanaşı, Ağ Evdəki bəzi yüksək rütbəli köməkçilər hesab edirlər…
Daha çox“Avey” Dövlət Tarix-Mədəniyət Qoruğunda Ağacəkmə aksiyası təşkil olunub
Bayram günlərində “Avey” Dövlət Tarix-Mədəniyət Qoruğunun Göyəzən filialında qoruq əməkdaşları tərəfindən ağacəkmə aksiyası Keçirilib. SİA xəbər verir ki, aksiya çərçivəsində Göyəzən dağının ətəklərində 150-dən çox badam tingi əkilib. Qeyd edək ki, son illərdə bu əraziyə 3000-dən çox badam və tingi basdırılıb. Məhz badam tinginin seçilməsi isə buranın landşaftına uyğun olması ilə əlaqədardır. Əvvəlki illərdə əkilmiş badam tinglərindən bu il məhsul əldə olunub. Tinglərin suvarılması üçün yaxın ərazidəki dağlardan 4000 metrə yaxın uzunluqda su xətti çəkilib. Qoruq əməkdaşları tərəfindən tinglərə mütəmadi şəkildə qulluq olunur. Qeyd edək ki, Göyəzən dağı unikal təbiət…
Daha çoxİran və Ermənistanın XİN başçıları İrəvanda regional məsələləri müzakirə ediblər
İran və Ermənistanın xarici işlər nazirləri İrəvanda regional məsələləri müzakirə ediblər. SİA xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb. Bildirilib ki, İranın xarici işlər naziri Abbas Əraqçi Ermənistana səfəri çərçivəsində həmkarı Ararat Mirzoyanla ikitərəfli vacib saydıqları məsələlərə, Cənubi Qafqaz regionuna dair fikir mübadiləsi aparıblar. Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyanın da Abbas Əraqçini qəbul edəcəyi gözlənilir.
Daha çoxAzərbaycan Norveç iqtisadiyyatına investisiya qoyuluşunu 6 dəfədən çox artırıb
2024-cü ildə Azərbaycan Norveç iqtisadiyyatına 7 milyon ABŞ dolları birbaşa investisiya qoyub. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 6,2 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın Norveç iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,4 % olub və yeni formalaşıb. Ötən il Norveç isə Azərbaycan iqtisadiyyatına 136,7 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, əvvəlki ilə nisbətən 10,1 % azdır. İl ərzində Norveçin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,3 %-dan 1,9 %-a düşüb. Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard…
Daha çox“Bakı Biznes Mərkəzi”nin direktoru işdən çıxıb
İqtisadiyyat Nazirliyinə məxsus “Bakı Biznes Mərkəzi” MMC-nin direktoru Seyran Məmmədov işdən çıxıb. SİA xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq İlham Qurbanova həvalə olunub. Xatırladaq ki, “Bakı Biznes Mərkəzi” 2007-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, Dənizkənarı Milli Parkda yerləşir. Onun açılışı 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
Daha çoxQurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Beynəlxalq bayram – Novruz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə göndərməkdən şərəf duyuram. Baharın gecə ilə gündüzün bərabər olduğu günlərində qeyd olunan beynəlxalq Novruz bayramı bəşəriyyətin ən qədim mədəni irslərindən biridir. Kökləri minilliklərin dərinliklərinə qədər uzanan bu gözəl bayram təkcə təbiətin oyanışının deyil, həm də qarşılıqlı ehtiramın, dinc yanaşı yaşamağın, qarşılıqlı anlaşmanın və zəhmətsevərliyin rəmzidir. Qoy, bu əziz bayram Sizin və…
Daha çoxDünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb
2024-cü ildə dünyada elektrik enerjisindən istifadə son onillikdəkindən daha çox artıb. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin illik hesabatında bildirilir. Qeyd olunur ki, tarixdə ilk dəfə neft mənşəli yanacağın payı 30 faizdən aşağı düşüb. Agentlik qlobal elektrik istehlakının il ərzində 4 faiz, yaxud 1100 teravatsaat artdığını bildirir. İstehlakın artmasının başlıca səbəbi soyutmaya tələbatın artmasıdır. İqlim dəyişiklikləri nəticəsində kondisionerlərə və soyuduculara tələbat artır. Bundan başqa, nəqliyyatın elektrikləşməsi, data mərkəzlərinin yaradılması və süni intellektdən istifadənin genişlənməsi də elektrik enerjisi istehlakını sürətləndirir.
Daha çox