Bu ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə 33,618 milyon barel neft nəql edilib. SİA Türkiyənin “Botaş International Limited” şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % azdır. Bununla belə, ötən ay BTC ilə neft ixracı 17,571 milyon barel təşkil edib ki, bu da ötən ilin fevral göstəricisindən 3,1 % çoxdur. Hazırda BTC ilə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan neft və “Şahdəniz” yatağından kondensat, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nefti və kondensatı nəql edilir. Bundan əlavə, Qazaxıstan da daxil olmaqla digər…
Daha çoxDay: March 25, 2025
Ər-Riyadda ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi başlayıb
ABŞ və Ukrayna nümayəndə heyətləri Ər-Riyadda Rusiya ilə atəşkəs barədə danışıqların yeni mərhələsinə başlayıb. SİA xəbər verir ki, bu barədə “RBC Ukraine” AFP-yə istinadən məlumat yayıb. “Ər-Riyadda Ukrayna və ABŞ komandaları arasında Kiyev və Moskva arasında atəşkəs məsələsi ilə bağlı yeni görüş keçirilir, Ukrayna nümayəndə heyətindəki mənbə bildirib”, – agentlik vurğulayıb. “Bloomberg” isə öz növbəsində qeyd edib ki, tərəflər enerji obyektlərinə 30 gün ərzində zərbələrin dayandırılması imkanı və Qara dənizdə atəşkəsə nail olmaq barədə müzakirələr aparmaq niyyətindədirlər. Qeyd edək ki, tərəflər martın 23-də Ər-Riyadda bu məsələ ilə bağlı danışıqlar aparıblar.
Daha çoxAzərbaycan İrlandiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 4 dəfəyə yaxın artırıb
2024-cü ildə Azərbaycan İrlandiya iqtisadiyyatına 12,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3,8 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın İrlandiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,1 %-dən 0,7 %-ə çatıb. İl ərzində İrlandiyaisə Azərbaycan iqtisadiyyatına birbaşa investisiya yatırmayıb. Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 762,7 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 43,45 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 7 milyard 46,2 milyon ABŞ dolları (5,8 % çox) təşkil edib.
Daha çoxRusiya və ABŞ əlaqələri davam etdirəcək, hələ ki konkretlik yoxdur
Rusiya və ABŞ öz əlaqələrini davam etdirəcək, lakin müddətlər və nümayəndə heyətlərinin tərkibi barədə hələ ki konkretlik yoxdur. SİA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Əlaqələrin davam etdiriləcəyi barədə anlayış var, lakin hələ ki konkretlik yoxdur. Bu razılaşdırılacaq”, – o vurğulayıb. D.Peskov əlavə edib ki, hələ ki Rusiya və ABŞ prezidentləri arasında söhbət planlaşdırılmayıb.
Daha çoxTürkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir
Türkiyə dərsliklərində və tədris vasitələrində istifadə olunan altı xəritə yenilənib, 40 yeni xəritə hazırlanıb. Yenilənənlər arasında Türk dünyası, Türkiyənin inzibati ərazi bölgüsü və quru-dəniz sərhədləri, dünyanın siyasi, Türkiyənin, dünyanın və Kipr adasının fiziki xəritələri yer alır. SİA xəbər verir ki, yenilənmiş kitabların 2025-2026-cı tədris ilindən etibarən istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Türkiyədə kənd təsərrüfatı inqilabının baş verdiyi bölgələr, İslamın yaranma və yayılma xəritələri, Osmanlı imperiyasının əhalisi və hakimiyyət sahələri, qədim Anadolu sivilizasiyalarının yerləşdiyi bölgələr, Türkiyə Səlcuqlu və Uyğur dövlətlərinin xəritələri başda olmaqla, 40 yeni xəritə hazırlanıb. Dərs vəsaitlərinin funksionallığının…
Daha çoxErmənistanda Rusiya sərhədçisi yol qəzasında həlak olub, daha biri yaralanıb
Ermənistanın cənubunda baş verən yol qəzasında Rusiya sərhədçisi həlak olub, daha biri xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Məlumata görə, hadisə bu gün səhər Mehri-Nrnadzor yolunda “UAZ” markalı avtomobilin dərəyə düşməsi nəticəsində baş verib. Yaralının vəziyyəti ağır qiymətləndirilib.
Daha çox“Telemexanika Zavodu”nun keçmiş direktoru yenidən rəhbərliyə gətirilib
Müdafiə Sənayesi Nazirliyinə məxsus “Telemexanika Zavodu” MMC-nin direktoru Feyruz Əsədov vəzifəsindən azad edilib. SİA xəbər verir ki, onu Usubağa Məmmədov əvəz edib. O, bundan əvvəl də – 2020-ci ilin oktyabr ayına qədər zavoda rəhbərlik edib. Xatırladaq ki, “Telemexanika Zavodu” 1981-сi ildən müxtəlif adlar altında fəaliyyət göstərən “Telemexanika” İstehsalat Birliyinin bazasında 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 138,1 milyon manatdır.
Daha çoxAzərbaycanın Pakistanda hansı sahəyə investisiya qoymaq istədiyi məlum olub
Azərbaycan Pakistana qoymaq istədiyi 2 milyard ABŞ dolları investisiya bu ölkənin yol infrastrukturunun inkişafına yönəldiləcək. SİA xəbər verir ki, məlumata görə, həmin vəsaitlə Pakistanın Sind əyalətinin Manqopir və Karaçi şəhərlərini birləşdirən avtomagistral tikiləcək. Həmçinin, Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində Pakistandakı Sukkur-Heydərabad avtomagistralının inşasına da investisiya qoya bilər. Bank fevralda bölgəyə araşdırma qrupu göndərib, apreldə isə qiymətləndirmə missiyası göndərməyi planlaşdırır. Bundan sonra investisiya qoyuluşunun məbləği müəyyən ediləcək.
Daha çoxFransada şəhər şurası Baş naziri istefaya çağırıb
Po (Pau) şəhərinin meri və Baş nazir Fransua Bayru “Notre-Dame de Betharram”da fiziki və cinsi zorakılıq hadisəsi ilə bağlı sorğu-sual edilib, o, bu barədə xəbəri olduğu, ancaq heç nə demədiyi üçün günahlandırılıb. SİA xəbər verir ki, “Notre-Dame-de-Bétharram” katolik məktəbində keçmiş nəzarətçilər və keşişlər tərəfindən törədilən cinsi və fiziki zorakılıq işinə görə Baş nazir Fransua Bayru günahlandırılır. Məhz bu katolik məktəbində baş vermiş zorakılığa görə Po şəhər şurasında müxalifət partiyalarının üzvləri Fransua Bayrunu istefa verməyə çağırıblar. Guya bu hadisədən xəbəri olmayan Fransua Bayru bunu siyasi istismar adlandırıb. Bildirib ki, bu iş…
Daha çoxƏr-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu
Rusiya ilə ABŞ arasında Ər-Riyadda keçirilən dialoq çətin, lakin faydalı oldu. SİA xəbər verir ki, bu barədə Rusiya və ABŞ ekspert qrupları arasında Səudiyyə Ərəbistanının paytaxtında baş tutan danışıqları şərh edən Rusiyanın Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin bildirib. “Hər şey müzakirə edildi, zəngin, çətin dialoq oldu, lakin bizim və amerikalılar üçün çox faydalı oldu”, – deyə o vurğulayıb. Q.Karasin deyib ki, bir sıra məsələlər üzrə razılığın əldə olunmamasına baxmayaraq, tərəflər beynəlxalq ictimaiyyətin, o cümlədən BMT və ayrı-ayrı ölkələrin iştirakı ilə danışıqları davam etdirəcəklər.
Daha çox