Nikol Paşinyan Abbas Əraqçi ilə ikitərəfli və regional məsələləri müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib. SİA xəbər verir ki, məlumatı xarici KİV yayıb. Bildirilib ki, baş nazir və XİN başçısı ikitərəfli münasibətləri, habelə regional və qlobal məsələləri müzakirə ediblər. Qeyd edək ki, iranlı nazir martın 24-25-də Ermənistanda səfərdədir. O, Nikol Paşinyandan əvvəl ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb, birgə brifinq keçirib.

Daha çox

Tehran Trampın İranın nüvə proqramı ilə bağlı məktubuna cavab hazırlayır

İran hələ ABŞ Prezidenti Donald Trampın göndərdiyi İranın nüvə proqramı ilə bağlı məktuba cavab verməyib. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə brifinqdə bildirib. “Biz hələ ABŞ prezidentinin məktubuna cavab verməmişik. Cavab hazırlanma prosesindədir”, – o qeyd edib. Bununla yanaşı, A.Əraqçi vurğulayıb ki, İran təzyiq, hərbi təhdid və iqtisadi sanksiyaların artırılması fonunda ABŞ ilə birbaşa danışıqlar aparmayacaq: “Lakin biz nüvə proqramımız ətrafında şəffaflığın formalaşmasının tərəfdarıyıq və bu istiqamətdə danışıqlar aparmağa hazırıq. Biz heç vaxt danışıqlar masasını…

Daha çox

Yuliya Klökner Almaniya parlamentinin yeni sədri seçilib

Almaniya parlamentinin – Bundestaqın ilk iclası işə başlayıb. SİA xəbər verir ki, iclasda Xristian Demokratlar İttifaqının (CDU) üzvü, 52 yaşlı Yuliya Klökner yeni Bundestaqın sədri seçilib. Səsvermədə 382 deputat onun lehinə, 204 nəfər əleyhinə səs verib, 31 deputat bitərəf qalıb və 5 səs etibarsız hesab edilib. Beləliklə, o, ölkədə ikinci ən yüksək vəzifəyə seçilən dördüncü qadındır. Daha əvvəl bu postu Annemari Renqer (SPD, 1972–1976), Rita Süssmuth (CDU, 1988–1998) və Bärbel Bas (SPD, 2021-ci ildən) tutublar. Bu vəzifə üçün namizəd irəli sürmək hüququ ənənəvi olaraq Bundestaqdakı ən böyük fraksiyaya məxsusdur. CDU/CSU…

Daha çox

“Radioquraşdırma zavodu”na yeni direktor təyin edilib

Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus “Radioquraşdırma zavodu” MMC-nin direktoru Soltan Qasımov vəzifəsindən azad edilib. SİA xəbər verir ki, müəssisəyə rəhbərlik Samir İbrahimova həvalə olunub. Xatırladaq ki, “Radioquraşdırma zavodu” 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb, 1984-cü ildə Robot zavodu ilə birləşdirilərək Radioquraşdırma Bakı İstehsalat Birliyi adlandırılıb, 1991-ci ilə qədər SSRİ Rаdiо sənаyеsi Nаzirliyinin, daha sonra Nаzirlər Kаbinеtinin tаbеliyində оlub, 1993-cü ilin аvqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin, 2006-cı ildən isə MSN-in tabeliyinə verilib. Onun nizamnamə kapitalı 14 583 798 manatdır.

Daha çox

Türkiyənin hakim partiyasının rəsmisi yol qəzasında ölüb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Bolu əyaləti Gerede rayon təşkilatının sədri Mehmet Çongar yol qəzasında ölüb. SİA xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Bildirilib ki, AK Parti rayon təşkilatının sədrinin idarə etdiyi avtomobil Koroğlu stansiyasının yaxınlığında TIR-a arxadan çırpılıb. Onun üçün Gerede Yeni Cameədə dəfn mərasimi təşkil edilib. Mərasimə əyalət valisi, Boludan olan millət vəkili, rəsmilər qatılıb.

Daha çox

“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb

Mayın 1-dən 4-dək Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçiriləcək “TEKNOFEST-2025” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalında iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Texnologiya Komandası Fondunu (T3 Fondu) təmsil edən festivalın təşkilatçıları bildiriblər. T3 Fondundan verilən məlumata görə, ŞKTC Prezident Administrasiyasının himayəsi altında keçiriləcək genişmiqyaslı tədbirdə 15 mindən çox komanda iştirak edəcək. Lefkoşadakı keçmiş “Ercan” Hava Limanının ərazisində təşkil edilən texnologiya müsabiqələrin qalibləri 7 əsas kateqoriya və 14 alt kateqoriya üzrə elan ediləcək. “TEKNOFEST-2025” çərçivəsində pilotaj komandalarının çıxışı da planlaşdırılır. Solotürk və…

Daha çox

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 16 %-dən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 103,8 milyon ABŞ dolları təşkil edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % azdır. Son 1 ildə ABŞ-yə ixracın dəyəri 12,1 % artaraq 10,3 milyon ABŞ dollarına çatıb, ABŞ-dən idxalın dəyəri isə 18,4 % azalaraq 93,5 milyon ABŞ dollarına düşüb. Hesabat dövründə ABŞ-nin Azərbaycanın ümumi ixracında payı 0,2 %, ümumi idxalında payı isə 2,3 % olub.

Daha çox

“COP29 qlobal əməkdaşlıq üçün yeni perspektivlər açdı”

Bakıda ötən ilin noyabr ayında keçirilmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm platformaya çevrildi. SİA xəbər verir ki, bunu Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin ölkənin nüfuzlu maliyyə qəzeti “Valor Econômico”nun təşkil etdiyi “Rumos 2025” (İstiqamətlər-2025) tədbirində bildirib. Onun sözlərinə görə, Bakıda keçirilən beynəlxalq tədbir “yaşıl iqtisadiyyat” və dayanıqlı inkişaf sahəsində qlobal əməkdaşlıq üçün yeni perspektivlər açıb. “COP29 çərçivəsində Braziliyanın təqdim etdiyi ekoloji və iqtisadi təşəbbüslər ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolunu daha da gücləndirmək niyyətini ortaya…

Daha çox

Almaniyanın keçmiş kənd təsərrüfatı naziri Bundestaqın sədri seçilib

Almaniya Kənd Təsərrüfatı Nazirliyinə 2018-2021-ci illərdə rəhbərlik etmiş Yuliya Klökner Almaniya parlamentinin (Bundestaq) sədri seçilib. SİA xəbər verir ki, onun namizədliyini 382 deputat dəstəkləyib, 204 nəfər əleyhinə səs verib, 31 nəfər isə bitərəf qalıb. Qeyd olunur ki, beş bülleten etibarsız sayılıb. “Mən böyük sevinclə səsverməni qəbul edirəm”, – Y.Klökner bildirib.

Daha çox

Bakıda İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nəsimi rayonunda keçirilən əməliyyat zamanı narkokuriyerlik etməkdə şübhəli bilinən şəxsdən 13 kiloqram marixuana və həşiş aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Ceyhun Kuhi saxlanılıb. Ondan 13 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkarlanaraq götürülüb. C.Kuhi ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Faktla bağlı araşdırmalar aparılır.

Daha çox