Rusiyanın Smolensk vilayətində Belarus ərazisindən daşınan 20 ton armudun idxalına qadağa qoyulub. SİA Belarus saytlarına istinadən xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb. Armudların türk mənşəli olduğu ortaya çıxıb. Onları Smolenskə apardılar. Fitosanitar müfəttişləri məhsulların yoxlanılması və qeydiyyatı zamanı meyvələrin qəhvəyi monilioz çürüməsinə yoluxduğunu aşkar ediblər. Rusiya agentliyinin məlumatına görə, nəticədə bütün çirklənmiş məhsullar Belarusa qaytarılıb. Əli Babayev
Daha çoxDay: March 25, 2025
Bu, bir neçə ölkənin əhalisi üçün fəlakətli nəticələrə səbəb ola bilər
Himalay Xumbu buzlaqının əriməsinə elmi ekspedisiya göndəriləcək Lids Universitetinin (UOL) britaniyalı alimləri Aberstvit Universitetinin həmkarları ilə birlikdə Xumbu buzlaqının əriməsini araşdırmaq üçün Everest zirvəsinə qalxacaqlar. Onun yox olması Himalay su ehtiyatlarından asılı olan bir neçə ölkənin əhalisi üçün fəlakətli nəticələrə səbəb ola bilər. SİA xəbər verir ki, bu barədə UOL-un rəsmi saytında məlumat verilib. Himalay buzlaqları Nepal, Hindistan, Pakistan və regionun digər ölkələrində milyonlarla insan üçün həyati su mənbəyi olaraq qalır. Ərinmiş su suvarma, kanalizasiya və hidroenergetika üçün istifadə olunur. Bununla belə, buzlaqların ərimə sürətindəki…
Daha çoxƏr-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub
Rusiya və ABŞ Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələsini müzakirə edib. SİA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, müzakirələrin əsas mövzusu Qara dəniz təşəbbüsü və onunla bağlı məsələlər olub. Bu, ABŞ Prezidenti Donald Trampın təklifidir və Rusiya Prezidenti Vladimir Putin də bu təklifi qəbul edib. Rusiya nümayəndə heyəti bu mandatla Ər-Riyada danışıqlara yola düşüb. Peskov, həmçinin qeyd edib ki, Moskva və Vaşinqton Ukraynada vəziyyətin nizamlanmasına dair ümumi istəyə malikdir, lakin tərəflər hələ çoxsaylı texniki məsələləri həll etməlidirlər. O bildirib ki, nizamlanma…
Daha çoxAlmaniyada işsizlərin 33faizi miqrantlardır…
Uzun müddət iş tapa bilməyən Almaniya sakinləri arasında keçən il miqrantların payı 33 faizə çatıb. SİA-nın məlumatına görə, bu barədə Almaniya KİV-i Federal Məşğulluq Agentliyinin cavabına istinadən xəbər verir. Bundan əvvəl müvafiq sorğunu sağçı Almaniya üçün Alternativ (AfD) partiyasından olan Bundestaq deputatı Rene Şpringer göndərmişdi. Almaniyada “uzunmüddətli işsizlər” dedikdə, ən azı bir il işsiz qalan insanlar nəzərdə tutulur. …Keçən il əcnəbilərin nisbəti təqribən 33 faizə çatıb. Uzunmüddətli işsizlikdən əziyyət çəkən 972 000-ə yaxın insandan 317 000-nin alman pasportu yoxdur. Bunu Bild qəzeti yazır. Agentliyin məlumatına görə, 2018-ci ildə onlar 23…
Daha çoxAlman keşiş yeniyetmələrlə spirtli içki içib
…Almaniyanın Qauzenberq (Bavariya) şəhərindən olan keşiş spirtli içki ilə bağlı qalmaqala düşüb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, keşiş yeniyetmələr üçün spirtli içki ziyafətlər təşkil edib. Hadisənin qəhrəmanı Aleksandr Aulinqerdir. O, məktəblilər üçün alkoqollu şənliklər təşkil etməkdə ittiham olunduqdan sonra yerli katolik kilsəsinin keşişi vəzifəsindən qovulub. Aulinqeri müvəqqəti dayandırmaq qərarı yerli yepiskop tərəfindən qəbul edilib. Qauzenberq kilsəsinə gələnlərin əhəmiyyətli bir hissəsi Ata Aulinqer üçün ayağa qalxıb. Onlar qeyd etdilər ki, o, gənc nəsli kilsə xidmətinə tamamilə adi olmayan bir şəkildə cəlb etmək qərarına gəlib. Alkoqol sosiallaşma üsullarından biri kimi…
Daha çoxRusiyalı alimlər qlobal istiləşməni ləngitməyin yolunu tapıblar..?
Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetinin alimləri süni torpaqların soyuq iqlimdə istixana qazlarını aktiv şəkildə “udmaqla” qlobal istiləşməni ləngitməyə qadir olduğunu aşkar ediblər. SİA-nın məlumatına görə, onların işlərinin nəticələri Catena jurnalında dərc olunub. Rusiya Elm Fondunun mətbuat xidmətinin izahatlarına görə, torpaq qarışıqları tənəffüs funksiyasına malikdir, mikroblara karbon qazını udmaq və buraxmaq imkanı verir. Bu prosesin intensivliyi torpağın tərkibindən asılıdır. Bundan əlavə, texnozollar kimi tanınan “təmiz” torpaq komponentlərinin qarışıqları çox vaxt sənaye tullantılarını ehtiva edir. Arktika zonasında şəhərlərin abadlaşdırılması üçün torf, qum və gil əsasında qarışıqlar fəal şəkildə istifadə olunur.…
Daha çox“Bizim bir daha heç vaxt 52 milyonumuz olmayacaq..?”
…Deməli, o vaxt, 1991-ci ildə Sovet İttifaqından müstəqillik qazanan Ukraynanın təxminən 52 milyona yaxın əhalisi var idi. Qeyd edilməlidir ki, bu, 147 milyonluq Rusiyadan sonra ikinci ən böyük göstərici idi. …Amma 34 ildən sonra bu rəqəm demək olar ki, iki dəfə azalıb. 2014-cü ildə Krımın ilhaqından, Donbassdakı müharibədən və Rusiyanın davam edən genişmiqyaslı işğalından sonra Kiyevin nəzarətində olan ərazinin əhalisi hazırda Ukrayna Demoqrafiya İnstitutunun hesablamalarına görə 29 milyona yaxındır. SİA-nın hesablamalarına görə, bu təxminən 45 faiz azalma deməkdir. Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hər il onlarla, hətta yüz minlərlə…
Daha çoxDünyada 15-25 nüvə dövləti yarana bilər..?
Trampın siyasəti dünyada daha çox nüvə dövlətinin yaranmasına səbəb ola bilər..? …ABŞ prezidenti Donald Trampın siyasəti dünyada nüvə dövlətlərinin sayının 25-ə çatmasına səbəb ola bilər. SİA-nın məlumatına görə, bu, “Financial Times”-in məqaləsində deyilir. Dünyada “spirallaşan nüvə silahlanma yarışı” ideyası ilə “peyğəmbər” olan ABŞ-ın 35-ci prezidenti Con Kennedi 1960-cı illərdə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə çevriləcək danışıqlara başladı… …Caydırıcılıq (çəkindirmə-A.B.) ABŞ-ın öz nüvə çətirini genişləndirməsinə arxalanaraq müttəfiqlərini öz nüvə silahlarını inkişaf etdirməyə ehtiyac olmadığına inandırırdı. …İndi, Donald Trampın dövründə bu etimad heç vaxt bu qədər zəif olmamışdı. Jurnalistlər…
Daha çoxAvstriya Rusiyanın casus şəbəkəsini üzə çıxarıb
O, hibrid müharibənin bir hissəsi kimi dezinformasiya ilə məşğul imiş… …Bolqarıstan vətəndaşının casusluq fəaliyyəti ilə bağlı aparılan təhqiqat bütöv bir şəbəkənin üstünün açılmasına səbəb olub. O, Ukraynaya zərər vurmağa yönəlmiş hibrid müharibənin bir hissəsi kimi dezinformasiya ilə məşğul olub. SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna Avstriya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Dövlət Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin müstəntiqləri Avstriyada Rusiyanın genişmiqyaslı dezinformasiya kampaniyasını üzə çıxarıblar. Bolqarıstanlı qadın Rusiyaya casusluq etdiyini və ilk növbədə dezinformasiya əməliyyatına görə məsuliyyət daşıdığını etiraf edib Dövlət Təhlükəsizlik və Kəşfiyyat…
Daha çoxGeoloq Avropanın yoxa çıxmasının səbəbini açıqladı…
Avropa tektonik proseslərə görə daşqın təhlükəsi altındadır. SİA-nın məlumatına görə, bu barədə geoloq Stanislav Zavatski danışıb. O bildirib ki, bunu litosfer plitələrinin müasir hərəkəti göstərir. Afrika plitəsi Avrasiya plitəsinə doğru “hərəkət edir” və nəticədə Avropa qitənin bir hissəsi kimi yox olacaq. …Deyək ki, Yunanıstandan, İtaliyanın cənubundan, İspaniyadan başlayaraq, yer qabığının bu hissələri tədricən qırılaraq sıxılacaq. Və onun qırıldığı yerdə yer qabığının bir hissəsi aşağı enəcək, digər hissəsi isə bir qədər yüksələcək. Çox güman ki, Pireneylər, Alplar da qalxacaq. O, rıçaq kimi işləyir. Bunu Zavatski müsahibəsində qeyd edib. …Nəticədə Avropanın yerində…
Daha çox