Ermənistanda Rusiya sərhədçisi yol qəzasında həlak olub, daha biri yaralanıb


Ermənistanın cənubunda baş verən yol qəzasında Rusiya sərhədçisi həlak olub, daha biri xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, hadisə bu gün səhər Mehri-Nrnadzor yolunda “UAZ” markalı avtomobilin dərəyə düşməsi nəticəsində baş verib.

Yaralının vəziyyəti ağır qiymətləndirilib.

Əlaqəli Xəbərlər