Ər-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu


Rusiya ilə ABŞ arasında Ər-Riyadda keçirilən dialoq çətin, lakin faydalı oldu. SİA xəbər verir ki, bu barədə Rusiya və ABŞ ekspert qrupları arasında Səudiyyə Ərəbistanının paytaxtında baş tutan danışıqları şərh edən Rusiyanın Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin bildirib.

“Hər şey müzakirə edildi, zəngin, çətin dialoq oldu, lakin bizim və amerikalılar üçün çox faydalı oldu”, – deyə o vurğulayıb.

Q.Karasin deyib ki, bir sıra məsələlər üzrə razılığın əldə olunmamasına baxmayaraq, tərəflər beynəlxalq ictimaiyyətin, o cümlədən BMT və ayrı-ayrı ölkələrin iştirakı ilə danışıqları davam etdirəcəklər.

Əlaqəli Xəbərlər