Ukrayna Rusiyanın daha bir ərazisini ələ keçirdi


Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin sərhədyanı Demidovka kəndinə daxil olub. SİA xəbər verir ki, bu barədə “Rusiya baharının hərbi müxbirləri” “Telegram” kanalına məlumat verilib. Qeyd olunub ki, Ukrayna ordusu əvvəllər kəndi artilleriyadan atəşə tutaraq, bir həftə ərzində pilotsuz uçuş aparatları ilə zərbələr endirib, meşə zolaqlarından keçərək qəsəbənin cənub hissəsinə daxil olub. Hazırda hadisə yerindən obyektiv kadrlar yoxdur; Təsdiqlənmiş yeganə görüntülər bir neçə gün əvvəl Demidovkanın cənubuna qoşunların enməsidir (desant). “Əgər yaşayış məntəqəsi həqiqətən də ələ keçirilibsə, desant qüvvələri məhv edilməyib, əksinə, əlavə qüvvələr alıb və hücuma keçə bilib”, – nəşr yazır.

Ukrayna Silahlı Qüvvələrinin ehtimal olunan məqsədləri arasında istehkam xətləri yaratmağa və əks-hücumlara başlamaq üçün vaxt tapmaq məqsədi ilə Rusiya bölmələrinin Kursk vilayətindən digər ərazilərə, xüsusən DXR-ə köçürülməsini ləngitmək cəhdi də var.

Əlaqəli Xəbərlər