Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8, Lerikdə 4, Oğuz və Qəbələdə 3, Şəkidə 2, Şabran, Xaçmaz, Şahbuz, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Biləsuvar və Yardımlıda 1 millimetrdir. Dağlıq ərazilərə isə qar yağıb, qarın hündürlüyü Zaqatalada (Əlibəy) 24, Qusarda (Laza) 14, Qubada 12, Qaxda (Sarıbaş) 10, Şahdağda 8, Altıağac və Qobustanda 4, Xınalıqda 2, Xaltanda 1 santimetrdir. Martın 23-də saat 21:30-21:37 radələrində Ağsu rayonuna diametri 6…
Daha çoxDay: March 24, 2025
Ər-Riyadda Rusiya-ABŞ danışıqları başlayıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar başlayıb. SİA xəbər verir ki, Rusiya-ABŞ danışıqları The Ritz-Carlton otelində keçirilir.
Daha çox40 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar və fevral ayları ərzində vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Vəsaitin 86,3 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub. Müraciətlərin araşdırılması zamanı Xidmət, həmçinin 7 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Xidmətin…
Daha çoxQızıl bahalaşıb
Əmtəə bazarlarında qızıl 5 dollara yaxın bahalaşıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,16% və ya 4,90 dollar artaraq 3 026,3 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,65% və ya 0,22 dollar artaraq 33,71 ABŞ dollarına bərabər olub. Bütün xəbərlər Facebook səhifəmizdə
Daha çoxBu ərazidə əməliyyatlar başladı
Bu ərazidə əməliyyatlar başladı
Daha çoxRusiya Kiyev vilayətinə zərbə endirdi
Kiyev vilayətinin Belaya Tserkov şəhərindəki böyük hərbi hissəyə şimal-qərb istiqamətində zərbə endirilib. SİA xəbər verir ki, bu barədə “RİA Novosti”yə rusiyayönlü Nikolayev müqavimətinin koordinatoru Sergey Lebedev məlumat verib. “Belaya Tserkova zərbə. Şimal-qərb istiqamətində yazılır ki, orada bir neçə sexi olan böyük hərbi hissə yerləşir”, – Lebedev bildirib. Martın 17-də Rusiya hərbçiləri Kiyev vilayətində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin yığıldığı aerodrom ərazisinə iki zərbə endiriblər. Zərbə Belaya Tserkova da dəyib. Rusiya Silahlı Qüvvələri aerodromun özündə hərbi texnikanı və pilotsuz təyyarələrin yığıldığı sovet dövründən qalma anbarları müşahidə edib.
Daha çoxGələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb
Oksford Universiteti və London Universitet Kollecinin tədqiqatçıları hipokampusun yaddaş formalaşdırma və gələcək davranışın proqnozlaşdırılmasında rolunu araşdıran yeni bir tədqiqat yayımlayıblar. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Nature Neuroscience” jurnalında dərc olunan araşdırma hipokampusun yaddaşları necə parçalayaraq və yenidən təşkil edərək yeni ssenariləri modelləşdirdiyini ortaya qoyur. Əvvəlki araşdırmalar hipokampusun epizodik yaddaş və məkan naviqasiyası ilə əlaqəli olduğunu göstərsə də yeni tədqiqat bu bölgənin kompozisiya yaddaşı adlanan prosesi dəstəklədiyini vurğulayır. Bu keçmiş təcrübələrin əsas komponentlərə ayrılması və yeni xatirələr yaratmaq üçün yenidən təşkil edilməsi deməkdir. Tədqiqatçılar kompüter simulyasiyaları və hipokampal neyron…
Daha çoxİrandan Azərbaycana PUA ilə narkotik keçirməyə cəhd edilib
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Məlumata görə, mart ayının 21-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən 2 (iki) nəfər naməlum şəxs müşahidə olunub. Sərhəd zastavası dərhal “Silaha”…
Daha çoxÜrək-damar xəstəliklərinin əsas səbəbi müəyyən edildi
Yuxu problemləri ürək-damar xəstəlikləri riskinizi əhəmiyyətli dərəcədə artıra bilər. SİA “The Conversation” jurnalına istinadla xəbər verir ki, bununla bağlı Pensilvaniya Dövlət Universiteti Tibb Kollecində psixiatriya professoru Julio Fernandez-Mendozanın xəbərdarlıq edib. Professorun araşdırması göstərib ki, yuxusuzluq və xroniki yuxu çatışmazlığı hormonal balansın pozulmasına səbəb olur, stressi və orqanizmdə iltihabi prosesləri artırır. Bu pozğunluqlar ürək xəstəliyi inkişaf etməzdən çox əvvəl nəzərə çarpır, buna görə də yuxu qarşısının alınmasında əsas amil ola bilər. Yeniyetmələr xüsusilə həssasdırlar – bədəndəki bioloji dəyişikliklərə görə, ən azı doqquz saat yuxuya ehtiyacları var, lakin məktəb cədvəlləri və aktiv…
Daha çox“ADY Ekspress” MMC-nin yeni direktoru təyin olunub
“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Ekspress” MMC-nin direktoru Əkbər Mədətli vəzifəsindən azad edilib. SİA xəbər verir ki, şirkətə rəhbərlik Azad Qasımova həvalə olunub. O, bundan əvvəl də – 2022-ci ilin noyabr ayına qədər “ADY Ekspress”ə rəhbərlik edib. Xatırladaq ki, “ADY Ekspress” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 912 464 manatdır. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir.
Daha çox