5,5 maqnitudalı zəlzələ olub

Çili sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Kokimbo şəhərindən 39 km şimalda, zəlzələ ocağı isə 38 km dərinlikdə yerləşib. 8Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Daha çox

Masallıda mağazalardan 9 min manatlıq oğurluq edilib

Polisin keçirdiyi tədbirlərlə silsilə oğurluqlar edən şəxs saxlanılıb. SİA xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. Məlumata görə, Masallı rayonu ərazisində yerləşən 3 mağazadan 9400 manat, bank kartı və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Hüseyn İbrahimov saxlanılıb. Araşdırmalarla onun paytaxtın Nizami, Sabunçu və Səbail rayonlarında da analoji talama cinayətləri törətdiyi müəyyən edilib. Belə ki, H.İbrahimov qeyd qeyd edilən rayonların ərazisində 5 obyekt və 1 avtomobildən pul, mobil telefon, eləcə…

Daha çox

Ər-Riyaddakı danışıqlarda gəmiçiliyin təhlükəsizliyi müzakirə edilir

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Rusiya və ABŞ danışıqlarının gündəliyində Qara dəniz təşəbbüsü məsələsi durur. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Bu gün gündəlikdə Qara dəniz təşəbbüsü məsələsi və bu təşəbbüsün bərpası ilə bağlı bütün aspektlər durur. Bu, ABŞ Prezidenti Donald Trampın təklifi idi və Rusiya lideri Vladimir Putin buna razılıq verib. Nümayəndə heyətimiz məhz bu mandatla Ər-Riyada yollanıb”, – D.Peskov qeyd edib. O bildirib ki, danışıqlar, ilk növbədə, gəmiçiliyin təhlükəsizliyinə aiddir

Daha çox

Ankarada nümayişə müdaxilə edən 5 polis yaralanıb.

Ankarada Əkrəm İmamoğlunun istintaqına etiraz olaraq keçirilən icazəsiz nümayişlər zamanı 5 polis yaralanıb, 66 nümayişçi saxlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror araşdırmalarına etiraz etmək istəyən qrup küçələrdə toplaşıb. Atatürk bulvarı ilə Meşrutiyyət küçəsinin kəsişməsində polis barrikadasını aşmağa çalışan qrupdan bəziləri polisə müqavimət göstərib. Polis qrupları müxtəlif vaxtlarda qrupa meqafonla səslənərək dağılışmaq üçün xəbərdarlıq edib. Etirazçılara meqafonla müraciət edən polis rəsmiləri etirazçılar arasında “təxribatçıların” olduğunu və polisə daşların atıldığını bildiriblər.

Daha çox

34 yaşlı kişi dəm qazından boğularaq ölüb

Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb. SİA xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib. Bakı şəhər sakini 34 yaşlı Sənan Oruc oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında yaşadığı evin hamamında aşkarlanıb. İlkin məlumata görə, S.Məmmədovun dəm qazından boğularaq ölüb. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, əslən Aşağı Tala kəndindən olan S. Məmmədov bayramı qeyd etmək üçün ailəsi ilə birlikdə kəndə qonaq gəlibmiş.

Daha çox

SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq təcrübəyə və yüksək etik standartlara sadiqliyini bir daha nümayiş etdirərək uyğunluq sahəsində yeni təlim proqramına start verib. SİA bu barədə SOCAR-a istinadən xəbər verir. “The Consultant Global” şirkətinin keçirdiyi təlim proqramının ilk sessiyasında SOCAR-ın prezidenti, vitse-prezidentlər, seqment, habelə SOCAR struktur bölmə və müəssisə rəhbərləri iştirak ediblər. Təlim çərçivəsində uyğunluq mədəniyyətinin formalaşdırılması, SOCAR-ın yenilənilmiş Biznes Etikası və Davranış Kodeksi, eləcə də uyğunluq sahəsində yeni qüvvəyə minmiş digər sənəd və prosedurların tələbləri, beynəlxalq qabaqcıl təcrübələrlə bağlı məlumatlar təqdim olunub. Təlim sessiyaları interaktiv şəkildə keçirilməklə, qarşılıqlı müzakirələr,…

Daha çox

Axtarlşda olan 45 nəfər saxlanılıb

Martın 22-də və 23-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Daha çox

FHN əhaliyə müraciət edib

FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib. SİA nazirliyə istinadən xəbər verir ki, müraciətdə deyilir: “Novruz və Ramazan bayramları ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər. Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və…

Daha çox

Ağcabədidə yol qəzası olub

Ağcabədidə “VAZ-2107” və “KİA” markalı minik maşınları toqquşub. SİA xəbər verir ki, rayonun Rəcbərlər kəndi ərazisində qeydə alınan qəzada sürücü və sərnişin xəsarət alıb. Xəsarət alanlar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Daha çox

Rusiya-ABŞ görüşü qapalı olacaq

Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyad görüşü qapalı olacaq. SİA-nın Moskva müxbiri TASS-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistlərdən görüşün keçiriləcəyi “The Ritz-Carlton” otelinin binasını tərk etməyi xahiş ediblər. Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək. ABŞ nümayəndə heyətinə isə Dövlət Departamentinin Siyasi Planlaşdırma direktoru Maykl Enton, həmçinin Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun və milli təhlükəsizlik müşaviri Mayk Uoltsun köməkçiləri daxildir.

Daha çox