Bakıda bir həftə əvvəl itkin düşmüş yeniyetmələrdən ikisi tapılıb. SİA-nın məlumatına görə, itkin kimi axtarılan 3 yeniyetmə qızdan ikisi tapılaraq ailəsinə təhvil verilib. Digər yeniyetmənin axtarışı davam edir. Qeyd edək ki, sosial şəbəkədə Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqənin martın 17-də itkin düşməsi ilə bağlı məlumat yayılıb. Onlarla bağlı axtarış elan edilib.
Daha çoxDay: March 24, 2025
Alimlər düyü şərabının tullantısını qocalma əleyhinə qidaya çeviriblər
Maniladakı Filippin Universitetinin alimləri tapuy düyü şərabının istehsalının tullantılarını antioksidantlar və qocalma əleyhinə birləşmələr mənbəyinə çevirməyin yolunu tapıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, araşdırmanın nəticələri “Discover Food” elmi jurnalında dərc olunub. Onlar müəyyən ediblər ki, təkmilləşdirilmiş starterdən istifadə edilməklə istehsal edilən zülallarda yüksək səviyyədə polifenollar, antioksidant və antiinflamatuar xüsusiyyətləri ilə tanınan birləşmələr var. Təcrübələr göstərib ki, tapunun çöküntüsünün ekstraktları yüksək antioksidanta malikdir. Ekstraktı qəbul edən eksperimental heyvanların ömrü, hərəkətliliyi və reproduktiv sağlamlığı yaxşılaşıb. Bundan əlavə, superoksid dismutazın (hüceyrələri qocalmadan qoruyan bir ferment) səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Nəticələr göstərir…
Daha çoxBakıda silsilə oğurluq edən şəxslər tutulub
Bakıda silsilə oğurluq edən şəxslər tutulub
Daha çoxQırmızı Ay tutulması baş verə bilər
Martın 14-də gözlənilən tutulmanın maksimum mərhələsində Ay diski qırmızıya çevrilə bilər.SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “TASS”a Moskva Planetariumunun mətbuat xidməti məlumat verib. “Ayın gecə səmasında demək olar ki, görünmədiyi və ya Ayın tam fazada aydın göründüyü zaman, qaranlıqlaşma çox intensiv ola bilər. Martın 14-də Bakı vaxtı ilə saat 10:59-da tam tutulmanın maksimum mərhələsi başlayacaq. Bu anda Ayın qaralması (qırmızılaşması) maksimum həddə olacaq”, – astronomlar qeyd edib. Vurğulanıb ki, Ay bir saatdan çox müddətə Yerin kölgəsində qalacaq. Atmosferin vəziyyətindən və bəzi digər amillərdən asılı olaraq, Ay diskinin qaralması tutulmadan…
Daha çoxSabah Bakıda hava yağmursuz keçəcək, külək əsəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı…
Daha çoxBayram namazının vaxtı açıqlanıb
Bayram namazının vaxtı açıqlanıb
Daha çoxEritreyada saxlanılan gəmilərin heyəti Azərbaycana gətirilib
Xarici İşlər Nazirliyi (XİN) Eritreyada saxlanılan gəmilərin heyətinin Azərbaycana gətirilməsi ilə bağlı məlumat yayıb. SİA xəbər verir ki, məlumatda deyilir: “Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan Respublikası vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində tərəfimizdən aparılmış uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, ölkəmizə geri gətirilib. Gəmi heyəti…
Daha çoxAğcabədidə avtomobil kanala aşıb, xəsarət alan var
Ağcabədidə idarəetmədən çıxan “VAZ” markalı minik maşını suvarma kanalına aşıb. SİA xəbər verir ki, hadisə gecə saatlarında rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb. Qəzada xəsarət alan sürücü Tural Ağayev xilasedicilər tərəfindən maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Daha çoxAzərbaycan kərə yağı idxalına çəkdiyi xərci 2 dəfədən çox artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 min 338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə yağın dəyəri 36 milyon 843 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 370 ton (79,8 %), dəyər baxımından isə 21 milyon 287 min ABŞ dolları (2,4 dəfə) çoxdur. Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,9 %-ni təşkil edib.
Daha çoxHərbi Prokurorluq işçiləri hərbi hissələrdə olublar
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri, yüksəkrütbəli zabitlər hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər. Hərbi Prokurorluqdan SİA-ya bildirilib ki, görüş iştirakçıları xalqı və dövləti qarşısında müstəsna xidmətləri olan Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər. Ardınca Dövlət Himni səsləndirilib. Bundan sonra, Baş prokuror Kamran…
Daha çox