İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-ın Dövlət katibi Marko Rubio telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə İsrailin hökumət başçısının ofisi məlumat yayıb.
“Tərəflər regionda baş verən son hadisələri, o cümlədən girovların azad edilməsi və Qəzza zolağında hərbi əməliyyatların bərpasını müzakirə ediblər. Dövlət katibi Rubio ABŞ-ın İsrailə və onun siyasətinə tam və qeyd-şərtsiz dəstəyini ifadə edib”, – məlumatda deyilir.