…İturup üzərindəki balneoloji kompleksə gələn turistlərə qaynayan gölün üzərində yumurta qaynatmağın yolları göstərilib. Pişirmə prosesində qabıq demək olar ki, tamamilə yumurtadan çıxır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, turizm kompleksi Baranski vulkanının yaxınlığında tikilib.
Termal bulaqlar sağlamlıqlarını yaxşılaşdırmaq üçün Kuril adalarına gələn səyahətçilər üçün cazibə nöqtəsinə çevrilib.
…Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Kseniya Kolçina “Rossiya 1” telekanalının efirində qeyd edib ki, göllərdən biri qaynayır. İçindəki suyun temperaturu 120 dərəcəyə çatır. Bundan əlavə, suyun tərkibində turşu var. Göldə üzmək, təbii ki, təhlükəlidir.
Bununla belə, gölün üstündəki platformada səhər yeməyi üçün bərk qaynadılmış yumurta bişirmək olar.
Kolçina əlavə edib ki, bişirmə prosesində qabıq demək olar ki, tamamilə yumurtadan çıxır.
Nazlı Almuradova