Ankarada nümayişə müdaxilə edən 5 polis yaralanıb.


Ankarada Əkrəm İmamoğlunun istintaqına etiraz olaraq keçirilən icazəsiz nümayişlər zamanı 5 polis yaralanıb, 66 nümayişçi saxlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror araşdırmalarına etiraz etmək istəyən qrup küçələrdə toplaşıb. Atatürk bulvarı ilə Meşrutiyyət küçəsinin kəsişməsində polis barrikadasını aşmağa çalışan qrupdan bəziləri polisə müqavimət göstərib. Polis qrupları müxtəlif vaxtlarda qrupa meqafonla səslənərək dağılışmaq üçün xəbərdarlıq edib. Etirazçılara meqafonla müraciət edən polis rəsmiləri etirazçılar arasında “təxribatçıların” olduğunu və polisə daşların atıldığını bildiriblər.

Əlaqəli Xəbərlər