Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, martın 24-də bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.