Vals Ukraynada sülhlə bağlı bəyanat verib…


Rusiya və Ukrayna sülhə nail olmağa “əvvəlkindən daha yaxındır”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals CBS News-a müsahibəsində bildirib.

…Biz getdikcə yaxınlaşırıq və sülhə həmişəkindən daha yaxınıq.

Bunu Donald Trampın milli təhlükəsizlik müşaviri deyib.

Onun sözlərinə görə, sülhə yanaşma prezident Trampın Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski ilə təkbətək danışdığı andan başlayıb. İndi texniki qruplar yaradılıb, onlar eyni platformada ruslar və ukraynalılarla dolayı danışıqlar aparırlar.

Vals həmçinin ABŞ və Rusiyanın Ər-Riyadda sülh danışıqlarının irəliləməsi üçün nələri müzakirə edəcəklərini deyib.

Əli Babayev

Əlaqəli Xəbərlər