Vandalizmə əsla icazə verməyəcəyik

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, İstanbulda keçirilən etiraz aksiyaları zamanı bir polis əməkdaşına yandırıcı maddə atıldığını bildirib. SİA xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb. Nazir, bu cür hərəkətlərin qəbul edilməz olduğunu vurğulayaraq, ictimai asayişi pozmağa çalışanlara qarşı qəti tədbirlər görüləcəyini qeyd edib. Ali Yerlikaya, sosial media hesabında paylaşdığı açıqlamada, etiraz aksiyalarını təşkil edənlərin məsuliyyətlərini dərk etməli olduqlarını bildirib: “İstanbulda bu gecə keçirilən nümayişlərdə bir polis əməkdaşımıza yandırıcı maddə atıldı. Küçə çağırışı edənlər hansı məsuliyyətləri, hansı hüquqi öhdəlikləri götürdüklərini yaxşı düşünsünlər. Bir daha bəyan edirəm, millətimizin əmin-amanlığını…

Daha çox

Pakistanla strateji tərəfdaşlığın hazırkı səviyyəsi böyük məmnunluq doğurur

Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur. SİA xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə bu ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubunda yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, iqtisadiyyat, nəqliyyat-logistika, energetika, investisiya, müdafiə sənayesi və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu birgə fəaliyyətimiz əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Eyni zamanda beynəlxalq məsələlərdə mövqelərimizin üst-üstə düşməsi və qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının bariz ifadəsi olaraq ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə xidmət…

Daha çox

Kiyevə hava hücumu edilib, azı 3 nəfər həlak olub

Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücumu edilib. SİA xəbər verir ki, martın 22-si axşam saatlarından başlayaraq martın 23-nə keçən gecə boyu Kiyevdə hava hücumundan müdafiə sistemi işə düşüb, Ukrayna paytaxtında silsilə partlayış səsləri eşidilib. Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, zərərsizləşdirilən kamikadze dronlarının düşməsi Kiyevin 5 rayonunda qeydə alınıb. Baş verən partlayış və yanğın nəticəsində azı 3 nəfər həlak olub, onlardan biri beş yaşlı uşaqdır. Səkkiz nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kiyevə edilən hava hücumu nəticəsində mülki infrastrukturda, xüsusilə hündürmərtəbəli yaşayış binalarında yanğın qeydə alınıb.

Daha çox

Əkrəm İmamoğlu həbs olunub

İstanbul Cəza Məhkəməsi şəhərin bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib və o, tezliklə həbsxanaya aparılacaq. SİA “A haber” telekanalına istinadən xəbər verir ki, məhkəmə prokurorun bələdiyyə sədrinin həbsə ilə bağlı vəsatətini təmin edib. İmamoğluya qarşı iki ittiham irəli sürülüb. Biri meriyadakı korrupsiya, digəri terrora yardımdır. Onun korrupsiya işi ilə bağlı həbs edildiyi qeyd olunur. Bu arada, ittiham tərəfinin vəsatətində “silahlı terror təşkilatına yardım etmək”, “cinayətkar təşkilat yaratmaq”, “tender nəticələrini saxtalaşdırmaq” və “rüşvət alma” iddiaları yer alıb. Ə. İmamoğlu il yanaşı, daha 18 nəfər – Əli İlbak, Adəm…

Daha çox

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Əziz Qardaşım, Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur. İqtisadiyyat, nəqliyyat-logistika, energetika, investisiya, müdafiə sənayesi və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu birgə fəaliyyətimiz əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Eyni zamanda…

Daha çox

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

ABŞ Prezidenti Donald Trampın administrasiyası 530 mindən çox miqrantın müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb. Bildirilib ki, söhbət 2023-cü ildə ABŞ-ın keçmiş prezidenti Cozef Baydenin dövründə tətbiq edilən xüsusi proqramla daxil olan miqrantlardan gedir. Təşəbbüs təsdiqlənərsə, onların ölkədə müvəqqəti qalma proqramlarının qüvvəsi aprelin 24-də başa çatacaq. “Tramp administrasiyası Kuba, Haiti, Nikaraqua və Venesueladan ABŞ-a gələn 530 mindən çox insanın müvəqqəti hüquqi statusunu ləğv etmək niyyətindədir”, – məlumatda deyilir.

Daha çox

Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Leyboristlər hökuməti La-Manş boğazını kiçik qayıqlarla keçən miqrantlarla bağlı böhranı həll etmək məqsədilə sığınacaq müraciəti rədd edilən şəxslərin Balkan ölkələrinə göndərilməsi planlarını nəzərdən keçirir. SİA “The Independent”ə istinadla xəbər verir ki, müraciətləri rədd olunan şəxslər təkliflərə əsasən geri qaytarılma mərkəzlərində yerləşdiriləcək. Bu yanaşma, Mühafizəkarlar hökumətinin Ruanda planından fərqli olaraq, yalnız sığınacaq almaq hüququ olmayanlara şamil ediləcək. Ruanda planında isə kimliyindən asılı olmayaraq, kiçik qayıqlarla gələn hər kəsin Afrikadakı bu ölkəyə birbaşa göndərilməsi nəzərdə tutulurdu. Bildirilib ki, Birləşmiş Krallıq Albaniya, Serbiya, Bosniya və Şimali Makedoniya ilə bu məsələ ilə bağlı danışıqlar…

Daha çox

Ararat Mirzoyanın iddiaları tamamilə əsassızdır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın “Folha” qəzetinə müsahibəsi zamanı guya indiyə qədər əvvəlki COP iclaslarında “Qlobal Cənubun” və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına az diqqət ayrıldığı barədə iddiaları tamamilə əsassızdır. SİA xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər nazirinin Braziliyanın “Folha” qəzetinə müsahibəsində COP-la bağlı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb. Görünür ki, Ermənistan xarici işlər naziri COP çərçivəsində aparılan iqlim danışıqlarından ümumiyyətlə xəbərsizdir. İndiyə qədər bütün COP-larda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Qlobal Cənub” üçün əlamətdar qərarlar qəbul edildiyi məlumdur. Bu baxımdan,…

Daha çox

İsrail HƏMAS-a yeni plan təqdim etdi

İsrail Misir vasitəçilərinin köməyi ilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağından girovların azad edilməsi üçün iki mərhələli plan təqdim edib. SİA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi adı açıqlanmayan Misir mənbələrinə istinadla məlumat yayıb. Razılaşmanın birinci mərhələsində HƏMAS 11 canlı girovu, həmçinin 16 cəsədi azad etməlidir. Bundan sonra 40 günlük atəşkəs olmalıdır. İkinci mərhələdə, İsrailin planına görə, HƏMAS bütün qalan girovları eyni vaxtda azad etməlidir. Nəşr bildirib ki, ABŞ İsrailin təklifini dəstəkləyir, çünki bu, “cari hərbi təzyiqi artırır”. Bundan əvvəl Fələstin HƏMAS hərəkatı Qəzza zolağında tam atəşkəs və İsrail qoşunlarının…

Daha çox