Pakistanda eyni vaxtda iki silahlı hücum olub. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Bəlucistan əyalətinin Kalat rayonunda naməlum silahlı şəxslərin hücumu nəticəsində 4 nəfər həlak olub. Qeyd edilir ki, Nuşki şəhərində patrul avtomobilinin atəşə tutulması nəticəsində 4 polis əməkdaşı həyatını itirib. Pakistan Prezidenti Asif Əli Zərdari insan tələfatından dərindən kədərləndiyini bildirib və silahsız insanları hədəfə alan terrorçulara qarşı təsirli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Daha çoxDay: March 23, 2025
Bu gün Ümumdünya Meteorologiya Günüdür
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və ona üzv olan ölkələr hər il mart ayının 23-nü Ümumdünya Meteorologiya Günü kimi qeyd edir. Ümumdünya Meteorologiya Gününün hər il bir deviz altında keçirilməsi artıq ənənəyə çevrilib. Bu ilin devizi isə “Erkən xəbərdarlıq boşluğunu birlikdə aradan qaldırmaq”dır. SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, ölkəmizdə hidrometeorologiya sahəsinin inkişaf etdirilməsinə dövlət tərəfindən xüsusi önəm verilir. “Ümumdünya Meteorologiya Təşkilatının standartlarına və tövsiyələrinə uyğun olaraq dövlət inkişaf proqramları çərçivəsində hidrometeorologiyanın inkişaf etdirilməsi üzrə respublikamızda məqsədyönlü tədbirlər həyata keçirilir. Belə…
Daha çoxQazaxıstanda sərnişin qatarında yanğın olub
Qazaxıstanda Astana-Karaqanda-Sortirovoçnaya xəttində “Turksib Astana” adlı özəl daşıyıcı şirkətə məxsus Kostanay-Almatı marşrutu üzrə hərəkət edən sərnişin qatarında yanğın baş verib. SİA xəbər verir ki, Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan və ya həlak olan olmayıb. Yanğın baş verən vaqon qatardan ayrılıb.
Daha çoxYollarda görünüş məsafəsi 300 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, martın 24-də bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Daha çoxBerlində çoxmərtəbəli binada yanğın baş verib
Berlinin Şpandau rayonunda çoxmərtəbəli binada yanğın baş verib. SİA “Tagesspiegel” nəşrinə istinadla xəbər verir ki, gecə saatlarında başlayan yanğın nəticəsində xəsarət alanlar var. Yanğından xilas olmaq üçün eyvandan atılan bir nəfər ağır xəsarət alıb. Həmin şəxs helikopterlə xəstəxanaya çatdırılıb. Bəzi mənzillər yaşayış üçün yararsız hala düşdüyündən sakinlər başqa yerlərdə yerləşdirilib. Yanğının səbəbi araşdırılır.
Daha çoxİmamoğlunun mətbuat katibi də həbs edildi
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun mətbuat katibi Murat Ongun də həbs qərarı çıxarılanlar içərisindədir. SİA xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. Bundan əlavə şübhəlilər Ali İlbak, Adem Tuncay, Ahmet Köksal, Ali Nuhoğlu, Eyüp Subaşı, Kamil Timur Delibaş, Murat Abbas, Mete Sarıaltun, Alper Aydın, Serdal Taşkın, Serkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Ahmet Çiçek, Yusuf İlbak, Servet Yıldırım, Serdar Haydanlı ve Buğra Gökçe barəsində də həbs qərarı verilib.
Daha çox“Korean Air” şirkəti 32,7 milyard dollarlıq “Boeing” təyyarəsi alacaq
Cənubi Koreyanın bayraq daşıyıcı şirkəti olan “Korean Air” təyyarə və ehtiyat hissələrinin alışı üçün “Boeing” və “GE Aerospace” şirkətləri ilə 32,7 milyard ABŞ dolları dəyərində müqavilə imzalayacaq. SİA Cənubi Koreya mediasına istinadla xəbər verir ki, razılaşmaya əsasən “Korean Air” 2033-cü ilədək 20 ədəd “Boeing 777-9” və 20 ədəd “Boeing 787-10” təyyarəsi alacaq. Əlavə 10 təyyarənin alınması da planlaşdırılır. Bu təyyarələr üçün Cənubi Koreya şirkəti “Boeing”ə 24,9 milyard dollar ödəyəcək. “GE Aerospace” şirkəti isə 7,8 milyard dollarlıq ehtiyat hissələri tədarük edəcək. Qeyd edək ki, “Korean Air” şirkətinin parkında 167 təyyarə var.…
Daha çoxAzərbaycan XİN Pakistanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanı Milli Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə qurumun “X” hesabında yazılıb. “Qardaş və dost Pakistan xalqını və onun hökumətini Milli Günü münasibətilə təbrik edirik!”, – paylaşımda bildirib.
Daha çox2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb
Ötən il miqrantlar üçün tarixdə ən ölümcül il olub. Təhlükəli marşrutlarda təxminən 9 min nəfər həlak olub, onların hər on nəfərindən biri atışma kimi zorakı insidentlər nəticəsində həyatını itirib. SİA xəbər verir ki, bu barədə BMT-nin Miqrasiya Agentliyinin bəyanatında qeyd olunub. 2024-cü ildə miqrasiya marşrutlarında azı 8938 nəfər həyatını itirib. Ən çox ölüm halları Asiya marşrutlarında qeydə alınıb, ardınca Aralıq dənizi və Afrika marşrutları, o cümlədən Səhrə çölü gəlir. “Reuters” agentliyinin məlumatına görə, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında miqrantlar arasında ölüm hallarının azı 10 faizinin zorakılıq nəticəsində baş verdiyi bildirilir.…
Daha çoxMartın 24-də gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycanda martın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildiriblər ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar…
Daha çox