ABŞ rəhbərliyinin nümayəndələri hələ ki, Ukraynaya silah tədarükünün məhdudlaşdırılmasına razılıq verməyiblər. SİA “Bloomberg”ə istinadən xəbər verir ki, Kiyevə silah tədarükünün azaldılması Rusiya tərəfinin atəşkəs üçün şərtlərindən biri idi. Lakin Ağ Ev hələlik bu məsələ ilə bağlı qərar verməyib. “Ağ Ev əvvəllər Ukraynaya yardımını dayandırmışdı. Lakin hazırda ABŞ heç bir məhdudiyyətlə razılaşmayıb”, – agentlik yazır. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın əvvəlində Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının verilməsini bərpa etdiyini və hazırda Rusiya məhsullarına əlavə rüsumların tətbiqi, həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını nəzərdən keçirdiyini bildirib.
Daha çoxDay: March 23, 2025
Paşinyan Gürcüstana səfər edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana səfər edib. SİA xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Paşinyanla görüşü barədə “X” hesabında məlumat yayıb. Məlumata görə, onlar görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və ikitərəfli münasibətlərin pozitiv inkişaf dinamikasını müzakirə ediblər. Kobaxidze Paşinyanla birgə Gürcüstan və Ermənistanın milli yığmaları arasında Tbilisidə keçiriləcək futbol matçını izləyəcəklərini qeyd edib.
Daha çoxAzərbaycan və Pakistanın Rumıniyadakı səfirləri görüşüblər
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Pakistanın bu ölkədəki səfiri Muhammad Arshad Jan Pathan ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyindən bildirilib. Q. Osmanov Pakistanın Milli Günü münasibətilə bu ölkənin hökumətini və xalqını təbrik edib.
Daha çoxMartın 25-dək yağıntılı və küləkli hava olacaq
Ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildiriblər ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Daha çoxMüdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. SİA nazirliyin mətbuat xidmətinə istinadla həmin videoçarxı təqdim edir. https://youtu.be/VF0feGaLy5k?si=eba_O6ZMLUCUhuSo
Daha çoxPapa beş həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Fevralın 14-də xəstəxanaya yerləşdirilən Papa Fransisk son beş həftədən sonra ilk dəfə dindarların qarşısına çıxıb. SİA-nın xəbərinə görə, o, ənənəvi bazar günü xeyir-dua vermək üçün Romadakı Aqostino Gemelli xəstəxanasının pəncərələrindən birinin eyvanına çıxıb və bundan sonra tibb müəssisəsindən buraxılıb. Xəstəxananın qarşısına yüzlərlə adam toplaşıb. İntensiv oksigen terapiyası alan Papa zəif səslə “Hamınıza təşəkkür edirəm” deyib. O, iqamətgahı olan Vatikanın Müqəddəs Marta otelində, xüsusən də səsini bərpa etmək üçün əlavə müalicə alacaq. Onun fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.
Daha çoxYol polisi dumanlı hava ilə bağlı xəbərdarlıq edib
“Sinoptiklərin məlumatına əsasən sabah yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir”. Bu barədə SİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qeyd olunub ki, dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara real zəmin yaradır. “Baş Dövlət Yol Polisi İdarəsi hazırda bayram tətili ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, sürücülərdən dumanlı havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı,…
Daha çoxSabah bu şəxslər ehtiyyatlı olsunlar!
Sabah bu şəxslər ehtiyyatlı olsunlar!
Daha çoxLeyla və Arzu Əliyevalar AUİB-in yeni binasının açılışında
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB) yeni inşa edilmiş binasının açılışını ediblər. SİA xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə tikilmiş binanın açılışında AUİB-in sədri Kəmalə Ağazadə qonaqlara ictimai birlik və onun nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi haqqında məlumat verərək onları binada yaradılmış şəraitlə tanış edib. Burada həssas qrupdan olan, məişət zorakılığı qurbanları və kimsəsiz, baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyasının həyata keçirilməsi, onlara sosial, tibbi, psixoloji, hüquqi, təhsil, peşə bacarıqlarının…
Daha çoxPolşa Belarusla sərhədə daha 1500 hərbçi göndərəcək
Polşa Belarusla sərhədi möhkəmləndirmək üçün əlavə qoşun cəlb edəcək. SİA xəbər verir ki, bu barədə Polşa daxili işlər naziri Tomaş Semonyak “X” sosial şəbəkəsindəki səhifəsində bildirib. O, sərhədə daha 1500 hərbçinin göndəriləcəyini qeyd edib. Nazir tezliklə sərhəd boyu asfalt yolun salınması işlərinə başlanacağını da söyləyib. Semonyak əlavə edib ki, bunun üçün bu il 500 işçi işə götürməyi planlaşdırırlar. Bundan əvvəl nazir Polşanın Rusiya və Belarusla sərhədlərini möhkəmləndirmək üçün Avropa Komissiyasından 50 milyon avrodan çox vəsait alacağını açıqlamışdı.
Daha çox