Maskın Trampa yaxın olmasının faydaları…

İlon Maskın SpaceX şirkəti qurucusunun ABŞ prezidenti Donald Trampa yaxınlığından faydalana bilər. SİA xəbər verir ki, “The New York Times”ın hazırkı və keçmiş rəsmilərə istinadən verdiyi məlumata görə, korporasiya yaxın vaxtlarda hökumətlə çox milyard dollarlıq müqavilələr imzalamağa hazırlaşır. “SpaceX-ə federal xərclərin artması qismən prezident Tramp və Maskın indi hökumət vəzifələrində olan müttəfiqləri eləcə də tərəfdaşlarının fəaliyyətinin nəticəsi olacaq. Şirkət həmçinin Trampın hazırkı administrasiyasının rabitə sistemlərindən tutmuş peyk istehsalına qədər hər şey üçün kommersiya kosmik xidmət təminatçılarının işə götürülməsinə üstünlük vermək siyasətindən faydalanacaq. Və bunlar indi SpaceX-in üstünlük təşkil etdiyi sahələrdir.…

Daha çox

Poverbank Rusiya şəhərində mənzili dağıdıb

Əvvəla qeyd edim ki, poverbank, elektron cihazlarınızı doldurmaq üçün nəzərdə tutulmuş portativ şarj cihazıdır. …Deməli, Rusiyanın Nijnevartovsk şəhəridə yanan poverbank mənzili dağıdıb. SİA-nın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib. Mənbənin bildirdiyinə görə, şəhər sakini bir gecədə akkumulyatoru enerjisiz qoyub, o, tezliklə qızıb və partlayıb. Yanğın sürətlə yayılıb. Yanğından biri uşaq olmaqla 6 nəfər xilas edilib. 21 kv.m ərazini əhatə edən yanğın 17 yanğınsöndürən və 5 ədəd texnika ilə söndürülüb. Şöbə ruslara xatırladıb ki, elektrik cihazlarını bir gecədə elektrik şəbəkəsinə qoşulmuş və ya nəzarətsiz qoymamalıdırlar. (…bu elə Sizə…

Daha çox

Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcəyi gözlənilir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, xidmətdən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Daha çox

İsrailin Qəzza sektorunu işğal etmək planları üzə çıxıb?..

İsrailin hərbi rəhbərliyi Qəzza zolağının bir neçə ay və ya daha çox müddətə işğalı planlarını nəzərdən keçirir. SİA-nın məlumatına görə, bu barədə “Washington Post” qəzeti İsrailin hazırkı və keçmiş rəsmilərinə, eləcə də vəziyyətlə tanış olan mənbələrə istinadən yazır. …İsrailin siyasi və hərbi liderləri Qəzza zolağının aylar və ya daha çox müddətə hərbi işğalını əhatə edə biləcək yeni quru kampaniyası planlarını nəzərdən keçirirlər. Bunu nəşr yazır. Burada vurğulanır ki, İsrailin yeni strategiyası humanitar yardım təchizatı üzərində birbaşa hərbi nəzarətin qurulmasını, eləcə də Fələstinin HƏMAS hərəkatından daha çox mülki administrasiya liderinin aradan…

Daha çox

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Milli Hidrometeorologiya Xidməti martın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib. SİA-nın məlumatına görə, xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qusar, Xaçmaz, Altıağac, Siyəzən, Şabran, Qobustan, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan və Daşkəsəndə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Daha çox

Əkrəm İmamoğlu vəzifəsindən uzaqlaşdırılıb

Martın 23-də məhkəmə prosesi nəticəsində həbsinə qərar verilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Əkrəm İmamoğlu, şəhərin Beylikdüzü ilə Şişli rayon bələdiyyələrinin sədrləri Mehmet Murat Çalık və Resul Emrah Şahan müvəqqəti tədbir olaraq vəzifələrindən kənarlaşdırılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi bununla bağlı yazılı açıqlama yayıb. Açıqlamada Şişli icra nümayəndəsi Cevdet Ertürkmenin İstanbul Valiliyi tərəfindən bu rayonun bələdiyyə sədrinin vəkili olaraq təyin edildiyi bildirilir.

Daha çox

İran müharibəyə hazır olduğunu bəyan edib

…İran müharibəyə hazırdır, amma buna can atmır. SİA-nın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Abbas Əraqçi İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında fraqmentləri dərc olunan “Xəbər Onlayn”a müsahibəsində bildirib. …Biz heç vaxt diplomatiyanın imkanlarının tükəndiyini deyə bilmərik. Çünki diplomatiyanın alternativi müharibədir. Ona görə də bütün ölkələr diplomatiyadan istifadə edir. Biz həmişə müharibədən qaçmışıq. Biz müharibəyə hazırıq və bundan qorxmuruq. Amma biz qətiyyən müharibə axtarmırıq, – deyə Arakçi bildirib. O əlavə edib ki, İranın xarici siyasəti məhz hərbi eskalasiyanın qarşısını almağa yönəlib. Ərakçi bunu belə münaqişələrin müəyyən…

Daha çox

Misir qəzeti Azərbaycandan yazır

Misirin nüfuzlu “əl-Vafd” qəzetində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun geniş müsahibəsi dərc olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədqiqatçı-alim cəmiyyətin fəaliyyətindən, Azərbaycan ilə Misir arasındakı tarixi və mədəni əlaqələrdən söhbət açıb. Qeyd edilib ki, iki ölkə prezidentinin qarşılıqlı səfərləri siyasi və ticarət əlaqələrinin daha da inkişafına töhfə verib. S.Nəsirov vurğulayıb ki, Azərbaycan xalqı ərazilərinin 20 faizinin işğal altında olduğu otuz ildən çox müddətdə ədalətsizliyə və ikili standartlara məruz qalıb. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən söhbət açan S.Nəsirov diqqətə çatdırıb ki, bu il…

Daha çox

İmamoğludan sonra onlar da həbs olundu

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya və terrorçulara dəstək şübhəsi ilə başladılan istintaq çərçivəsində məhkəmə daha üç vəzifəli şəxsin həbsi barədə qərar verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar Şişli Bələdiyyə sədri Resul Emrah Şahan, İslahatlar İnstitutunun direktoru Mehmet Ali Çalışkan və İstanbul Böyükşəhər Bələdəiyyəsinin baş katibinin müavini Mahir Polatdır. Onlar silahlı terror təşkilatına yardımda ittiham edilirlər.

Daha çox

Ukraynadakı münaqişə hansı nəticələrə gətirib çıxara bilər..?

Ukraynadakı münaqişə III Dünya Müharibəsinə səbəb ola bilərdi, lakin indi vəziyyət qismən nəzarət altındadır. SİA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib. …Bu şeylər III Dünya Müharibəsinə səbəb ola bilər… Düşünürəm ki, bu, müəyyən qədər nəzarət altındadır. Tramp OutKick-ə müsahibəsində deyib. O, Ukrayna münaqişəsi ilə bağlı sualı belə şərh edib. …Rusiya prezidenti Vladimir Putin martın 18-də Trampla telefonla danışıb. Kremlin məlumatına görə, söhbət zamanı Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturuna hücumlardan çəkinməyi təklif edib. Putin bu təşəbbüsü dəstəkləyib və Rusiya hərbçilərinə müvafiq əmr verib. Ukrayna…

Daha çox