Kiyevdə silsilə partlayışlar baş verdi


Kiyevdə silsilə partlayışlar baş verib. SİA xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko özünün “Telegram” kanalında yazıb. O bildirib ki, Kiyevin Dnepropetrovsk rayonunda PUA-nın qalıqları yaşayış binasının üzərinə düşüb və nəticədə yanğın baş verib. Hadisənin görüntüləri internetdə yayılıb. Sonradan məlum olub ki, qalıqlar Kiyevin Dneprovski rayonunda, eləcə də Qoloseyevski rayonunun sənaye zonasında qeyri-yaşayış binasının üzərinə düşüb. Daha 10 dəqiqə sonra Podolsk rayonunda çoxmərtəbəli binanın üzərinə qalıqların düşməsi barədə xəbər yayılıb.

Əlaqəli Xəbərlər