Çin sualtı kabelləri kəsmək üçün alət hazırlayıb…


…Çin dünyanın ən təhlükəsiz sualtı rabitə və elektrik xətlərini kəsə bilən yığcam dərin dəniz cihazı hazırlayıb.

SİA xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.

Qeyd edilir ki, bu hadisə dünya okeanında qüvvələr balansını kökündən dəyişə bilər.

Bu, həm də ilk dəfədir ki, bir ölkə rəsmi olaraq qlobal iqtisadiyyat üçün kritik olan sualtı şəbəkələri söndürə bilən alətə sahib olduğunu iddia edir.

Çində hazırlanmış cihaz dörd kilometrə qədər dərinlikdə xətləri kəsə bilir. O, polad, rezin və polimer qabıq təbəqələri ilə örtülmüş zirehli kabelləri aşkar edə bilir.

Beləliklə, indi Çinin ixtiyarında geosiyasi böhran zamanı qlobal kommunikasiyaları sabitliyi poza biləcək bir cihaz var.

…Əvvəllər məlum olub ki, NATO ölkələri Baltik dənizində kabellərin zədələnməsində Rusiyanın əli olduğunu sübut edə bilməz. Son il yarım ərzində bu dənizdə dörd böyük insident baş verib.

Əli Babayev

Əlaqəli Xəbərlər