Britaniyada yüksək yolxucu epidemiya yayılır


Böyük Britaniyada yüksək infeksion xəstəliyə yoluxma hallarının sayı artır. Virus dərmanlara qarşı müqavimət qazanıb. SİA xəbər verir ki, bu barədə “The Daily Mail” qəzeti Britaniya Dermatoloqlar Assosiasiyasının məlumatlarına istinadən xəbər yayıb. Qeyd edilir ki, son aylarda krallıqda qaşınma xəstəliyi halları kəskin şəkildə artıb. Eyni zamanda, adi müalicə bir çox hallarda artıq effektiv olmur, bu da xəstəliyin yayılması üçün əlavə imkanlar yaradır. Artıq hər min britaniyalıdan üçü – təxminən 200 min xəstə – infeksiyaya yoluxub. Xəstəliyin simptomları yoluxmadan üç-altı həftə sonra özünü göstərir.

Əlaqəli Xəbərlər