ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb


ABŞ-nin Nyu-Meksiko ştatının Las Kruses şəhərində atışma baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, nəticədə 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Ölənlərin 16-19 yaş arası gənclər olduğu açıqlanıb. Atışma gecə saatlarında parkda baş verib. Polis hadisə ilə bağlı hələlik heç kəsi həbs etməyib, lakin faktlara əsasən araşdırma aparılır.

Əlaqəli Xəbərlər