ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək


ABŞ Prezidenti Donald Trampın administrasiyası 530 mindən çox miqrantın müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.

Bildirilib ki, söhbət 2023-cü ildə ABŞ-ın keçmiş prezidenti Cozef Baydenin dövründə tətbiq edilən xüsusi proqramla daxil olan miqrantlardan gedir. Təşəbbüs təsdiqlənərsə, onların ölkədə müvəqqəti qalma proqramlarının qüvvəsi aprelin 24-də başa çatacaq.

“Tramp administrasiyası Kuba, Haiti, Nikaraqua və Venesueladan ABŞ-a gələn 530 mindən çox insanın müvəqqəti hüquqi statusunu ləğv etmək niyyətindədir”, – məlumatda deyilir.

Əlaqəli Xəbərlər