Rusiya və Ukrayna sülhə nail olmağa “əvvəlkindən daha yaxındır”. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals CBS News-a müsahibəsində bildirib. …Biz getdikcə yaxınlaşırıq və sülhə həmişəkindən daha yaxınıq. Bunu Donald Trampın milli təhlükəsizlik müşaviri deyib. Onun sözlərinə görə, sülhə yanaşma prezident Trampın Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski ilə təkbətək danışdığı andan başlayıb. İndi texniki qruplar yaradılıb, onlar eyni platformada ruslar və ukraynalılarla dolayı danışıqlar aparırlar. Vals həmçinin ABŞ və Rusiyanın Ər-Riyadda sülh danışıqlarının irəliləməsi üçün nələri müzakirə edəcəklərini deyib. Əli Babayev
Daha çoxDay: March 23, 2025
Ər-Riyadda ABŞ-Ukrayna danışıqları başlayıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş başlayıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəhbəri Rüstəm Umerov məlumat verib. Umerovun qeyd edib ki, danışıqçılar, “bir sıra mürəkkəb texniki məsələləri” həll edəcəklər. Ukrayna nümayəndə heyətinə energetika üzrə ekspertlər, donanma və hava qüvvələrinin nümayəndəsi daxildir. Bundan əvvəl CNN jurnalisti Aleks Marquard Ukraynada atəşkəsin uzadılması ilə bağlı danışıqların bazar günü, martın 23-də Ər-Riyadda bərpa olunacağını yazmışdı. Onun sözlərinə görə, Amerika nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin nümayəndəsi Maykl Anton və Milli Təhlükəsizlik Şurasından Endryu Pik…
Daha çox“Sağlamlığa doğru qaç!” adlı layihəyə Hacıqabulda start verilib
Hacıqabul rayonunda səhiyyə işçiləri arasında “Sağlamlığa doğru qaç!” adlı layihəyə Azərbaycan Həmkarlar İttifaqlarının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü, təşkilatçılığı və Azərbaycan Atletika Federasiyası “Qaçış hər kəs üçün” Komitəsi və “Zəfər” Qaçış Klubunun köməkliyi ilə start verilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki tədbir təşkilatçıları və dəvət olunan qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramlara yad ediblər. Tədbirdə Azərbaycan Dövlət Himni səsləndirilib, şəhidlərimiz xatirəsi anılıb. Daha sonra Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov və Azərbaycan Səhiyyə İşçilər Həmkarlar…
Daha çoxİngiltərə səlahiyyətliləri 10 min məmuru ixtisar etmək istəyir
Böyük Britaniya hökuməti iqtisadi problemlər fonunda təxminən 10,000 dövlət qulluqçusunu ixtisar etməyi planlaşdırır. SİA-nın məlumatına görə, Böyük Britaniyanın maliyyə naziri Rüyçel Rivz deyib. Xatırladaq ki, fevralın əvvəlində britaniyalı siyasətçi Devid Frost krallığın iflas ərəfəsində olduğu barədə xəbərdarlıq etmişdi. O, Böyük Britaniyanın ÜDM-nin yüksək yanacaq qiymətləri, nəzarətsiz miqrasiya və Covid-dən sonrakı iqtisadi şok səbəbindən sürətlə aşağı düşdüyünü izah edib. Nazirin sözlərinə görə, əvvəllər insanın iştirakı tələb olunan bəzi tapşırıqlar indi “texnologiya ilə yerinə yetirilə bilər”. …Hər şöbə öz planlarını müəyyən edəcək. Amma mən insanların ofislərdə deyil, məktəblərimizdə, xəstəxanalarımızda və polis qüvvələrimizdə…
Daha çox16 yaşlı qızlar 16 saat açıq dənizdə qalıblar…
ABŞ-ın Florida ştatında balıqçılar dənizdə itən 16 yaşlı qızlarla təsadüfən rastlaşaraq onları xilas ediblər. SİA-nın məlumatına görə, bu barədə ABC News xəbər verir. Deməli, iki qız paddle boarding – birlikdə avarçəkməyə gediblər. Onlar şişmə taxta üzərində avarın köməyi ilə ayaq üstə hərəkət ediblər. Onları sonuncu dəfə martın 17-də saat 16:00-da görüblər. …Və tezliklə Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyası və bir neçə könüllü təşkilat qızları axtarmağa başlayıblar, lakin onların bütün səyləri boşa çıxıb. Amma qızlar yalnız ertəsi gün tapılıb. Alex Jeffries, Vill Pauling və Russ Kuin dənizdə balıq tutarkən…
Daha çoxSabunçuda narkotiklərlə bağlı əməliyyat…
…528 qram heroin və digər maddələr ələ keçirilib Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib. SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Dilavər Məhərrəm oğluna məxsus 528,025 qram heroin, 31,48 qram qurudulmuş marixuana və 317,322 qram metamfetamin Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 210 ünvanda aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Daha çoxRusiya ABŞ-la Ər-Riyaddakı görüşdən gözləntilərini açıqlayıb
Rusiya və Amerika nümayəndə heyətlərinin Ər-Riyaddakı görüşündə Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların sonrakı mərhələlərinə hazırlıq baş tutacaq. SİA-nın məlumatına görə, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa deyib. Deputat Lenta.ru ilə söhbətində Moskva ilə Vaşinqton arasında dialoqa dair gözləntilərindən danışıb. …Düşünürəm ki, konkret məqamlarla bağlı müəyyən dəqiqləşdirmələr olacaq. Tutaq ki, enerji obyektlərinin atəşə tutulmasının dayandırılması ilə bağlı qərar qəbul edilirsə, o zaman biz bu obyektlərə nəzarəti necə həyata keçirə bilərik? Biz görürük ki, Kiyev artıq bu müqaviləni iki dəfə pozub. Nəzarət oluna bilmirsə, hansısa qərarlar qəbul…
Daha çoxÇin sualtı kabelləri kəsmək üçün alət hazırlayıb…
…Çin dünyanın ən təhlükəsiz sualtı rabitə və elektrik xətlərini kəsə bilən yığcam dərin dəniz cihazı hazırlayıb. SİA xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb. Qeyd edilir ki, bu hadisə dünya okeanında qüvvələr balansını kökündən dəyişə bilər. Bu, həm də ilk dəfədir ki, bir ölkə rəsmi olaraq qlobal iqtisadiyyat üçün kritik olan sualtı şəbəkələri söndürə bilən alətə sahib olduğunu iddia edir. Çində hazırlanmış cihaz dörd kilometrə qədər dərinlikdə xətləri kəsə bilir. O, polad, rezin və polimer qabıq təbəqələri ilə örtülmüş zirehli kabelləri aşkar edə bilir. Beləliklə, indi…
Daha çoxParisdə “Natəvan” məktəbinin şagirdləri Novruz bayramını qeyd ediblər
Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdləri Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini özündə birləşdirən qədim bayramımız Novruzu qeyd ediblər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə çıxış edən “Natəvan” məktəbinin müəllimləri şagirdlərini, onların valideynlərini Novruz bayramı münasibətilə təbrik edib, onlara əmin-amanlıq, firavan həyat arzulayıb. Qeyd edilib ki, xalqımızın əsrlər boyu qoruyub saxladığı və nəsildən-nəslə ötürdüyü Novruz bayramının yüksək səviyyədə təşkili dünyanın hansı ölkəsində olmasına baxmayaraq, adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsinin vacibliyini əks etdirir. Sonra “Natəvan” məktəbinin milli geyimlərdə olan şagirdləri Novruz bayramı münasibətilə hazırladıqları ədəbi-musiqili proqramı nümayiş etdiriblər.…
Daha çoxUkrayna itirilmiş ərazilərlə bağlı açıqlama verib
…Ukraynanın itirdiyi və Rusiyanın nəzarətinə keçən ərazilər heç vaxt Kiyevə qaytarılmayacaq. SİA-nın məlumatına görə, bu gözlənilməz bəyanatla Ukrayna Təhlükəsizlik Xidmətinin istefada olan polkovniki Oleq Starikov ukraynalı jurnalist Nataliya Vlaşçenkonun YouTube kanalına müsahibəsində deyib. Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş polkovniki qeyd edib ki, hərbi əməliyyatların uzadılması Ukrayna üçün daha böyük ərazi itkilərinə səbəb ola bilər. Ona görə də onun fikrincə, Kiyev üçün “hər şeyi dayandırmaq və barışıq bağlamaq” faydalıdır. …Bundan əvvəl Starikov ölkənin “ən yaxşı dostunun” qəfil yoxa çıxmasından narahat olduğunu bildirib. …Ukraynanın Britaniya adalarından olan ən yaxşı dostu hara getdi? Zəncəfil…
Daha çox