Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar


“OPEC+” həddən artıq tədarükü kompensasiya etmək məqsədilə əlavə neft hasilatının azaldılması üzrə yeni cədvəl elan edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rusiya, İraq və Qazaxıstanla yanaşı, bu siyahıya daxil edilən Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt bazarda neft həcmlərində razılaşdırılmamış artımı tənzimləmək üçün hasilatlarını müəyyən olunmuş şəkildə azaldacaqlar.

OPEC-in saytında dərc edilən açıqlamaya görə, adıçəkilən dövlətlərin neft hasilatlarında azalmalar 2026-cı ilin iyun ayına qədər gündəlik 189.000 ilə 435.000 barel arasında dəyişəcək.

Plana əsasən, İraq əvvəlki istehsal artığını kompensasiya etmək üçün tədarükünü daha çox – gündəlik 116 min – 135 min barel azaldacaq. Hasilat həcmlərinin azaldılmasına görə ondan sonra sıralamada Qazaxıstan, Rusiya, BƏƏ, Küveyt, Oman və Səudiyyə Ərəbistanı gələcək. Belə ki, Qazaxıstan aylıq 38 min – 90 min barel azaldacaq. Rusiyanın payına isə mart-sentyabr aylarında aylıq 25 min – 173 min barel azalma düşür. Hasilatın azaldılması digər dövlətlərdə belə olacaq: BƏƏ aylıq 365 min, Küveyt 141 min, Oman 99 min, Səudiyyə Ərəbistanı isə 30 min barel.

Əlaqəli Xəbərlər