Xəsətəxanada müalicəsi davam edən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, pontifik martın 23-də müalicə olunduğu Romadakı “Gemelli” xəstəxanasının eyvanından buraya toplaşan insanlara müraciət edəcək, xeyir-dua verəcək.
Bu, Roma Papasının fevralın 14-də xəstəxanaya yerləşdirilməsindən sonra ictimaiyyət qarşısında ilk çıxış olacaq.
Həkimlər Fransiskin səhhətində yaxşılığa doğru irəliləyişin davam etdiyini açıqlayıblar.