Bu ilin yanvar-fevral aylarında Azərbaycan 10,929 milyon ABŞ dolları dəyərində gübrə idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,4 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçinin 36,154 milyon ABŞ dolları dəyərində gübrə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 71,8 % çoxdur. Ötən il gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,26 %-ni, ixrac isə ümumi ixracın 0,76 %-ni təşkil edib. Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,…
Daha çoxDay: March 22, 2025
IFC 2024-cü ildə Azərbaycana yatırılan investisiyaların həcmini açıqlayıb
Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 2024-cü ildə Azərbaycanda reallaşdırılan layihələrə 17,83 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatırıb. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, ölkəyə qoyulan ümumi birbaşa xarici investisiyaların 0,3 %-ni təşkil edib. Hazırda IFC Azərbaycanda “Access Bank” və “Bank Respublika”ın kapitalında iştirak etmək də daxil olmaqla, ümumi dəyəri 47 milyon ABŞ dolları olan 7 layihəni həyata keçirir. Qeyd edək ki, IFC növbəti beş ildə Azərbaycana maliyyə dəstəyinin həcmini 200-500 milyonABŞ dolları diapazonunda artırmağı planlaşdırır. Xatırladaq ki, son 30 ildə IFC…
Daha çoxSOCAR Türkiyədə SAF yanacağı istehsalı və investisiya imkanlarını müzakirə edib
“SOCAR Türkiye” şirkəti İstanbul Ticarət Palatası və Türk Hava Yolları (THY) ilə SAF (dayanıqlı aviasiya yanacağı) texnologiyası və istehsalı, eləcə də yeni investisiya imkanlarını müzakirə edib. SİA bu barədə “SOCAR Türkiye”yə istinadən xəbər verir. Məlumata görə, “SOCAR Türkiye” şirkətinin baş icraçı direktoru Elçin İbadov İstanbul Ticarət Palatasının prezidenti Şekib Avdagiç ilə görüşüb. Görüşdə THY-nin baş direktor müavini Levent Konukçu da iştirak edib. Hazırda “SOCAR Türkiye Enerji” STAR neft emalı zavodunda SAF yanacağının istehsalı imkanlarını araşdırır. Layihə texniki qiymətləndirmə mərhələsindədir. SAF (Sustainable Aviation Fuel) Jet-A1 aviasiya yanacağının ekoloji təmiz versiyasıdır. Adi…
Daha çoxƏmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 3 040 ABŞ dollarından aşağı enib. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,74% azalaraq 3 021,4 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 1,49% azalaraq 33,49 ABŞ dollarına bərabər olub.
Daha çoxDünyada ilk 3D formatında qatar stansiyası inşa ediləcək
Yaponiyada əsas dəmir yolu operatoru dünyanın ilk 3D formatlı qatar stansiyası inşa etmək üçün səfərə başlayır. SİA CNN-ə istinadən xəbər verir ki, təxminən 108 kvadrat metr ölçüdə olan yeni stansiya tikilisi Osaka şəhərindən 60 kilometr cənubda, Vakayamanın cənub prefekturasında yerləşəcək. Ora Yaponiyanın ən çox əhalisi olan üçüncü şəhəridir. Bu barədə ötən həftə Qərbi Yaponiya Dəmiryolu məlumat verib. Bu, Hatsushima stansiyasında sərnişinlərə sığınacaq verən havalı taxta kompleksi əvəz edəcək.
Daha çoxYanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə yanvar-fevral aylarında 4,6 milyon müraciət edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 2 milyon dəfə istifadə edilib, 47 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin 160 xidmətindən 145-i və ya 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 55-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.…
Daha çoxNyu-York birjasında təbii qaz bahalaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, apreldə çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,13% artaraq 3,98 ABŞ dolları təşkil edib.
Daha çoxABŞ-də parkda atışma olub, ölən və yaralanan var
ABŞ-nın Nyu Meksiko ştatının Las Kruses şəhərindəki Yanq Parkda atışma olub. SİA “CBS News”a istinadən xəbər verir ki, bu barədə yerli polis departamentindən bildirilib. Məlumata görə, silahlı insident nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər isə güllə yarası alıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Məsələnin təfərrüatları araşdırılır, atəş açan şəxsin axtarışları davam edir.
Daha çoxHitrou hava limanı yanğından sonra fəaliyyətini tam bərpa edib
Ötən gün elektrik yarımstansiyasında baş vermiş yanğın nəticəsində elektrik enerjisinin kəsilməsinə görə müvəqqəti bağlanan Avropanın ən böyük aeroportu – Londonun Hitrou hava limanı bu gündən fəaliyyətini tam bərpa edib. SİA xəbər verir ki, bəzi reyslər dünən axşamdan bərpa edilib, lakin dünyanın ən işlək beşinci hava limanına təsir edən nasazlıq xaosa səbəb olub. Belə ki, aviaşirkətlər təyyarələri və ekipajları bazalara qaytarmaq üçün çalışdıqları zaman onminlərlə sərnişin qalmaq üçün boş hotel nömrələri və ya alternativ marşrutlar axtarmağa məcbur olub. Hitrounun nümayəndəsi bildirib ki, nasazlıqdan əziyyət çəkən sərnişinlərə kömək etmək üçün hava limanında…
Daha çoxFransa Azərbaycana birbaşa investisiyaları 25 dəfə artırıb
Ötən il Fransanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 121,91 milyon ABŞ dolları təşkil edib. SİA-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, il ərzində investisiyaların həcmi 25,11 dəfə və ya 117,056 milyon ABŞ dolları artıb. Azərbaycanda birbaşa xarici investisiyaların ümumi həcmində Fransadan yatırılan investisiyaların payı 1,7 % təşkil edir. Öz növbəsində, Azərbaycan ötən il Fransa iqtisadiyyatına 19,224 milyon ABŞ dolları (-2,43 %) sərmayə qoyub, birbaşa xarici investisiyaların ümumi həcmində bu Avropa ölkəsinə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,1 % təşkil edib. Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici…
Daha çox