Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmerin Rusiya ilə bağlı açıqlamaları, Moskvaya qarşı ittihamları siyasətçilərin ağlını itirdiyini və çılğın olduğunu göstərir. SİA-nın məlumatına görə, bunu Judging Freedom YouTube kanalında Çikaqo Universitetinin professoru Con Mearşeimer bildirib. Bundan əvvəl Starmer və Makronun Ukraynada “sülhməramlılar” yerləşdirməyə və Kiyevə təhlükəsizlik zəmanəti verməyə hazır olan qondarma “istəklilər koalisiyası” yaratmaq üçün 37 ölkəni cəlb etməyə çalışdıqları bildirilirdi. …Starmer və Makronun “istəklilər koalisiyası” və Ukraynada nə edəcəkləri barədə danışdıqlarını dinləyəndə, onların ağlını itirdiklərini düşünürəm,-deyə professor izah edib. …Rusiyanın Qərbi Avropa üçün təhlükə yaradacağını…
Daha çoxDay: March 22, 2025
Biz BMT-ni təhlükəsizlik zəmanətlərinə alternativ kimi görmürük
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın paytaxtı Kiyev şəhərində rəsmi danışıqlar aparmaq üçün Çexiya prezidenti Petr Pavel ilə görüşüb. SİA Haber Global-a istinadən xəbər verir ki, Pavel və Zelenski ikitərəfli görüşlərindən sonra birgə mətbuat konfransı keçiriblər. Zelenski bildirib ki, ABŞ və Ukrayna nümayəndə heyətləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı müvəqqəti atəşkəsin həyata keçirilməsi məsələsini danışmaq üçün martın 24-də görüşəcəklər. Zelenski qeyd edib ki, danışıqlarda Ukraynanın müdafiə naziri Rüstəm Umerov da iştirak edəcək. O əlavə edib ki, Ukrayna nümayəndə heyətinə texniki məsələlər barədə danışa biləcək rəsmi şəxslər daxil olacaq. Zelenski qeyd edib ki,…
Daha çoxKim Çen In Rusiyanın Ukraynadakı münaqişədə dəstəyini bəyan edib
…Şimali Koreya Ukraynadakı hərbi əməliyyatında Rusiyaya sarsılmaz dəstək verməyə davam edəcək. SİA-nın məlumatına görə, “Rodong Sinmun” agentliyi xəbər verir ki, bunu Çimali Koreya lideri Kim Çen In Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşü zamanı deyib. …Rusiya ordusu və xalqı tərəfindən həyata keçirilən xüsusi əməliyyat onların yenilməz gücünün, vətənpərvərliyinin və ədalət işinin nümayişidir və Çimali Koreya hökumətinin qəti seçimi, sarsılmaz iradəsi Rusiyanın öz dövlət suverenliyini, ərazi bütövlüyünü eləcə də təhlükəsizlik maraqlarını gələcəkdə qorumaq uğrunda apardığı mübarizəni daim dəstəkləməkdir. Bunu Kim Çen In yazır. Bir gün əvvəl Şoyqu Şimali Koreya…
Daha çoxABŞ-nin Azərbaycandakı səfirliyi Novruz bayramı şənliyi təşkil edib
ABŞ-nin Azərbaycandakı səfirliyi Novruz bayramı şənliyi təşkil edib. SİA-nın məlumatına görə, tədbir barədə məlumat səfirliyin sosial şəbəkə hesabında dərc edilib: “Novruz Bayramınız Mübarək! Biz Səfirlikdə Novruz bayramını çox gözəl qeyd etdik və tədbirdən bəzi fotoları sizə təqdim edirik! Bu bayram mövsümü sizə yeni başlanğıclar, sevinc və firavanlıq gətirsin”.
Daha çoxAzərbaycan BƏƏ-yə birbaşa investisiyalarını təxminən 5 dəfə artırıb
Ötən il Azərbaycanın BƏƏ iqtisadiyyatına birbaşa xarici investisiyaları 457,531 milyonABŞ dolları təşkil edib. SİA-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, investisiyaların həcmi illik müqayisədə 4,82 dəfə və ya 362,712 milyon ABŞ dolları artıb. BƏƏ-yə Azərbaycan investisiyalarının ümumi birbaşa xarici investisiyalardakı payı 26 % təşkil edir. Öz növbəsində, BƏƏ Azərbaycan iqtisadiyyatına birbaşa 490,156 milyon ABŞ dolları (+53,67 %) sərmayə qoyub. Əmirlik investisiyalarının Azərbaycanda birbaşa xarici investisiyalarının ümumi həcmindəki payı 7 % təşkil edib. Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (illik artım 5,83 %)…
Daha çoxADB-nin ötən il Azərbaycana birbaşa investisiyaları 21 milyon dolları ötüb
Ötən il Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda həyata keçirilən layihələrə birbaşa 21,436 milyon ABŞ dolları sərmayə qoyub. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Ölkəyə yatırılan birbaşa xarici investisiyaların ümumi həcmində ADB-nin payı 0,3 % təşkil edir. Bu vəsait 230 MVt gücündə olacaq “Qaradağ” günəş elektrik stansiyasının tikintisi üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinə ayrılıb. Bu elektrik stansiyasının sayəsində 110 min ev təsərrüfatının elektrik enerjisi ilə təmin ediləcəyi və CO2 emissiyasının ildə 200 min ton azaldılacağı gözlənilir. Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank…
Daha çoxİtaliya “Starlink” ilə danışıqları dayandırıb
İtaliyanın müdafiə naziri Guido Crosetto hökumətin İlon Maska məxsus “Starlink” şirkəti ilə apardığı danışıqları dayandırdığını açıqlayıb. SİA xəbər verir ki, bu barədə o, “La Repubblica”ya müsahibəsində bildirib. Nazir “Starlink” proqramının hərbi və hökumət məqsədləri üçün istifadəsinə dair müzakirələrin başa çatdığını bildirib. O, bu qərarı geosiyasi gərginlik və Maskın ictimai bəyanatları ilə əlaqələndirib. Crosetto layihənin texniki müzakirələrinin Maskın şəxsiyyəti ilə bağlı mübahisələrə yönəldiyini qeyd edərək, yekun qərarın texniki meyarlar və milli maraqlara əsaslanmalı olduğunu vurğulayıb. Bundan əlavə, nazir elektrik avtomobillərinə maraq göstərmədiyini, ənənəvi mühərriklərdən, xüsusilə Eni şirkətinin istehsal etdiyi aşağı emissiyalı…
Daha çoxATİAHİ Respublika Komitəsindən növbəti bayram düşərgəsi
Müqəddəs Ramazan ayında Novruz bayramı münasibətilə təşkil edilən düşərgəyə 700-ə yaxın ittifaq üzvü cəlb olunub Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsi müqəddəs Ramazan ayında Novruz bayramı münasibətilə “Novruz 2025” adlı düşərgə təşkil edib. ATİAHİ Respublika Komitəsinin Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, Xaçmaz rayonunun Xuray kəndində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil olunan düşərgədə 350-yə yaxın təhsil işçisi,həmçinin həmkarlar ittifaqının üzvü olan 300 nəfərdən artıq ali məktəb tələbələri iştirak edəcəklər. Düşərgədə ilk 5 gündə, yəni martın 21-dən 25-dək məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil işçiləri, ikinci mərhələdə, yəni,…
Daha çoxADY-də çirkli sular təmizlənərək təkrar istifadəyə verilir
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yollarının dayanıqlı inkişafı üçün su resurslarına qənaət edir, çirkli suyun təkrar istifadəyə qaytarılmasını təmin edir. ADY-dən SİA-ya verilən məlumata görə, yeni Biləcəri və Gəncə lokomotiv depolarında hərəkət tərkibinin yuyulmasında 1510-84 DÜST normasına uyğun olaraq avtomatik yuma cihazından istifadə edilir. Məlumata görə, proses zamanı yaranan çirkli su mərhələli şəkildə təmizlənərək təkrar istifadəyə verilir. Yekunda toplanan sənaye mənşəli çirkab suları müvafiq sistemlər vasitəsilə təmizlənərək kanalizasiyaya axıdılır. Qeyd edək ki, 22 mart – Dünya Su Resursları Günü kimi qeyd olunur.
Daha çox“O dövrü yaşayanlar bilir ki, …”
“Hər il mart ayında 1995-ci ildə baş vermiş dövlət çevrilişinə cəhd məsələsi ilə bağlı cəmiyyətin müəyyən kəsimində müzakirələr başlayır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib. Elşad Məmmədli sözlərinə belə davam edib: “Hər dəfə də biz onun şahidi oluruq ki, məsələnin əsl mahiyyətindən xəbərsiz olan adamlar müəyyən utopik fikirlər yayır. Əslində, o vaxt OMON adlandırılan silahlı dəstə Rövşən Cavadovun başçılığı ilə hələ 1994-cü ilin payızında Surət Hüseynovla müştərək qiyama cəhd etmişdilər. Bu həmin dövrə təsadüf edirdi ki, Azərbaycan “Əsrin müqaviləsi” adlanan neft kontraktlarını imzalamağa hazırlaşırdı. Ümummilli lider…
Daha çox